09.07.2012

Şamaxıda “Onun sevgi məktubları” romanının imza günü keçirilib

Millət vəkili Qənirə Paşayeva Şamaxı rayonunun sakinlərinə kitaba göstərdikləri diqqət və maraq üçün təşəkkür edib


Bunun üçün imzalamaya gələn hər kəsə xüsusi minnətdarlığını bildirən millət vəkili kitabın da onların xoşuna gələrsə, bundan məmnun qalacağını qeyd edib. Tədbirdə “Onun sevgi məktubları” romanını alan və müəllifə imzalatdırmaq istəyən oxucularla kitab ətrafında fikir mübadiləsi və müzakirələr də aparılıb. Müzakirələr zamanı romanın müəllifi Qənirə Paşayeva oxucuları maraqlandıran bir sıra sualları da cavablandırıb.
Millət vəkili bildirib ki, “Onun sevgi məktubları”nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş, üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəlir. Həmin qadının çox acınacaqlı şəraitdə yaşadığını bildirən  Q.Paşayeva bu addımla bir qadının, bir ananın və onun üç körpəsinin həyat şəraitini qismən də olsa yaxşılaşdırıldığını, bunun bir müəllif olaraq ona kitabın sevincindən daha böyük sevinc bəxş etdiyini deyib. Qeyd edək ki, “Onun sevgi məktubları” Azərbaycanın müasir ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir.

Комментариев нет:

Отправить комментарий