02.07.2012

Sayın Fikrət Qocaya

Sayman Aruz


Divarların dalında solan sevgilərdənəm
Zindanların içində olan sevgilər, mənəm


Mən dünyaya gələn gecə, köçdü günəş, aya
Cəngəl qana boyandı, ağaclar da baltaya


Doğdu dedi-qodu və yarandı şəhərdə dəb
Oldum adamların dodağında yeni səbəb


Əmmamələr geyindi və gizləndi baltalar
Bizdən danışdı dimdiyi Quranlı qarğalar

Namus söyüşlərində yekəldik və dinmədik
Edam ağaclarında dikəldik və dinmədik...


Indi Quzeydəyəm və Quzey də Güney kimi
“O, key bu key kimi və bu key də o, key kimi”


Yalnız dedi-qoduyla dolandırdı bizləri
Fırlatdı, fitnə saldı Vətən, qırdı bizləri!


***


Inan fikirləşirəm bəlkə cır qaçım burdan
Vətən rahatlığını bəlkə mən tapım gordan


Inan fikirləşirəm bəlkə yazmayım birdə
Elə gedim yaşayım kafelərdə mən, tində


Və indi mən görürəm, düşmənim vətəndaşdı
Və Qabilin qəməsi, Habil ilə qardaşdı!


Vətən mənim əl aparmır xəzanlı günlərimə
Və həblərim səbəb olmur qara düyünlərimə!


Gecə mənim qucağımdan çıxıb köçübdu göyə
Inan mənim qucağımdan bu Ay uçubdu göyə


Və sevginin yerinə, arxasında lüt qəmələr
Kədərlə sübhə kimi yorğan altda titrəmələr


Əlim qələmdə qalıbdır, sinəm boğub harayı
Və titrəyimdən olubdur bu dünyanın valayı!


Bulud kimi doluyam və gözümdə yaş yoxdur
Döyüşmək istəyirəm mən, əlimdə daş yoxdur!
Море : маяк корабль и сокровища

Комментариев нет:

Отправить комментарий