14.07.2012

Səhərlər

Aytən Nəsibbəyli


Səhərlər-
bir akvariumda
okeana həsrət qalmaq kimi.
Bir balığın gözyaşları,
o balığın susuzluğu misali.


Səhərlər-
bərk-bərk sıxmaqmış
yastığını başına.
Kor bir vərdişmiş
zamanı qovalamaq
hər Allahın günü.
Səhər-axşam.
Tək düşmən
sənə
saatın əqrəbi.

Bir gün oyanmadığın gözyaşlarıymış, demə.
Bir balığın öldüyü,
min üsyanın doğulduğu.
Səhərlər-
işığın zülmətində
ömrünə biçilmiş yasmış, demə.


Yalanmış demə!

Комментариев нет:

Отправить комментарий