14.07.2012

Yenə baş qaldırdı köhnə ağrılıar...

Faiq Balabəyli


yenə baş qaldırdı köhnə ağrılıar,
yenə də ürəyim səni istədi.
bu qədər yaxınsan mənə, ay oğul
gözümün önüdə dayansan da sən
nə qədər uzaqsan, bilirsənmi heç?


körpə ayağının üstündə duran
körpə gözlərində sevinc gəzdirən,
körpə əlləriylə qıçımdan tutb
ayağa durduğun günlər nə yaxın,
ama göz dəyməsin, boylu-buxunlu
yanımda durduğun günlər nə uzaq.


sinəmə sıxıram, geniş sinənin
istisi o körpə çağından deyir.
sən mənə bu qədər uzaq olmağı
baxışın bu qədər yaxından deyir.
Körpə əllərini öpüm, ay oğul
Səni körpəlidən belə sevmişəm
səni oxşamışam.

əl qaldırmışam,
amma ürəyimdə ağrı çəkmişəm
səni çox istədim, səni ay oğul.
görünür bu sevgi çox olub, lap çox
daşdanıb, dağılıb heç tutmamısan
mən həmin adamam, bilirəm sən də
məni birdəfəlik unutmamısan...
OĞUL, AY, OĞUL!!!!

Комментариев нет:

Отправить комментарий