14.07.2012

Təfəkkür dünyası

Nurlan Quliyeva


Kainat yaranışından Allahın sevgisindən güc aldı. Ümumdünya cazibə qanunu qalaktikanı, planetləri vəhdətə saxladı. Tamlığa can atan bütün yarımlar bu sevdaya həyat verdilər. Bütün münasibətləri elə ilk gündən funksiyalar müəyyənləşdirdi.
Rəvayətə görə riyaziyyat ölkəsində funksiyalar ailəsi yaşayırdı. Təfəkkür dünyasında onun mühüm yeri vardı. Ana arqumentlə ata funksiya çox xoşbəxt idilər. Ata ana funksiyanın sərbəst fikirlərinə hörmətlə yanaşır, ondan asılı olaraq dəyişirdi. Bir gün arqument müəyyən olunmuş səddi keçdi. Funksiya ətrafındakıların qınağına tuş gəldi.
İnteqral dostuna hirsləndi.
- Sən necə kişisən ki ailəni sərbəst buraxmısan! Mən inteqralam. İşarəm altında olan bütün münasibətlər - funksiyalar mənə tabedirlər.
Sözlər funksiyaya ağır gəldi. Arqumentdən ayrıldı. Arqument sıfra bərabər- tənlik, funksiya sıfır-koordinat başlanğıcı oldu. Ayrılıqda mənalarını itirdilər. Kor-peşman barışdılar.

Ailə övladlarını başına toplayıb həyatına davam etdi. Müxtəlif münasibətləri ifadə edən övladlar böyüyərək funksiyalar oldular. Ata onlardan razı idi. Lakin, kiçik oğlu ərkəsöyünlük, özbaşınalıq edirdi. Funksiya keçmiş günlərini, səhvlərini xatırladı.  O, y = kx + b münasibətini ifadə edən oğlunu danladı.
Oğul:
- Ata, ailəmiz sərbəstdir. – dedi. – İstədiyimiz kimi hərəkət edə bilərik.
Ata acıqlanıb y = kx + b- də b = o etdi. y = kx funksiyası arqumentin sıfır qiymətində sıfıra çevrildi.
 Oğul atadan incidi.
- Məni sən sıfır etdin. Ailəmi dağıtdın.
- Günah özündədir. Sərbəst idiniz...
- Xanımım səhv etdi - sıfır oldu. Ayrıldıq.
- Hələ yaxşı qurtarmısan. Allahın səni sevib. Mənfiyə düşsəysdi mənliyini, mənəviyyatını itirərdin.
- Qadındakı gücə bax!
- Bəs bilmirsən qadın yıxmayan ev yüz il tikili qalar!
- Qardaşlarım necə yaşayırlar? Kvadrat, kök və kəsr funksiyaları deyirəm.
- Onların da hər biri üçün arqument – qadın təhlükəsi var! Kvadrat funksiya arqumentdən asılı olaraq sıfra çevrilə, əmsala görə mənfi ola bilər.
- y = √x-b münasibətini ifadə edən qardaşım xoşbəxtdi. Kökün qanunları onu həmişə müsbət edir.
- Doğrudur... Unutma ki kökaltı ifadə sıfır ola bilər. Normal yaşayışımız üçün hamımız diqqətli olmalıyıq. Kəsr funksiyanı ifadə edən oğlumun həyatı da arqumentdən asılıdır.
- Niyə?
- Arqumentin məxrəci sıfra çevirən qiymətində oğlum sonsuzluqda yox olur! Axı sifra bölmə əməli yoxdu.
Gənc funksiya xeyli fikrə getdi.
- Deməli, biz funksiyaları arqumentlər idarə edir!
- Düzdür. Bizlər yenilməz, məğrur, güclü görünürük! Lakin, hamımız bizi idarə edən o qadından asılıyıq!

Комментариев нет:

Отправить комментарий