15.07.2012

YAĞIŞIN ALTINDA

Narıngül Babayeva


Yağışın altında
bir qadın ağlayar.
Ağlamasa boğular.


Yağışın altında
bir qadın ağlayar.
Son həddə dartınar
içində ağrılar.
Təptəzə, ipisti
göz yaşı doğular.


Yağışın altında
bir qadın ağlayar,
saçını küləklər dağıdar.
Külək neft qoxuyar.
Bu şəhər yosunlu dənizə
və qadın
sərxoş balığa oxşayar.

Yağışın altında
bir qadın ağlayar,
çırpınar
sahilə can atar.
Nə yazıq bilməz ki,
sahildə yanğın var...

Комментариев нет:

Отправить комментарий