21.12.2012

Amerikada 1 milyon evsiz məktəbli var

Amerikada bir milyon evsiz məktəbli varQafqAzNews ”Russian.Rt.Com” saytına istinadən xəbər verir ki, ABŞ Təhsil Departamenti dəhşətli statistika açıqlayıb: Amerikada evsiz uşaqların sayı 1 milyona çatıb. Bunlar təkcə tədris müəssisələrinə gedən uşaqlardır. 5 il əvvəl isə Amerikada evsiz məktəblilərin sayı 400 min idi.
Aparılmış yolamalar nəticəsində məlum olub ki, evsiz məktəblilərin əksər hissəi dəmiryolu stansiyalarına, kilsələrə və ucuz otellərə sığınırlar. Onların əksəriyyəti isə pul, yemək, geyim müqabilində cinsi istismara məruz qalırlar.
Artıq Amerikanın uşaq hüquqlarının müdafiəsi üzrə təşkilatları həyəcan təbili çalır. Lakin bu cür təşkilatlara dövlətin əhəmiyyət verməməsi vəziyyəti daha da çətinləşdirir.

Комментариев нет:

Отправить комментарий