Azər Adıgözəlzadə
Sənə şeir yazıram
yenə dərddən-kədərdən.
Bir az deyəcəyim var
yaşadığım bu yerdən.
Buralarda Payızdı,
soyuq adamı kəsir.
Deyəsən, qış da bu il
gəlmək üçün tələsir.
Tökülüb yarpaqları
həyətdəki Çinarın.
Onu da bərk üşüdüb
küləyi Sonbaharın.
Hüznlüdür camaat,
nə bir deyib-gülən var.
Qanqaraçılıq düşüb,
qonşumuzda ölən var..
Özümə baxmıram heç,
yaman soyuqlamışam.
Dünən bütün gecəni
səni sayıqlamışam.
Yaxşı ki şəkilin var,
ovuduram özümü.
Baxıram, gözlərində
unuduram özümü...
Kaş, bu gecə gələsən,
tutum o əllərindən.
İstəyirəm yıxılıb
yatım o əllərində..
Həsrətinlə bir evdə
olmur axı yaşamaq..
Həsrətinlə bir evdə
darıxmaq olur ancaq..
Yolunu azmış kimi,
geri qayıtmaq olmur.
O qədər sevdim səni,
indi unutmaq olmur..
Sənə şeir yazıram
yenə dərddən-kədərdən.
Bir az deyəcəyim var
yaşadığım bu yerdən.
Buralarda Payızdı,
soyuq adamı kəsir.
Deyəsən, qış da bu il
gəlmək üçün tələsir.
Tökülüb yarpaqları
həyətdəki Çinarın.
Onu da bərk üşüdüb
küləyi Sonbaharın.
Hüznlüdür camaat,
nə bir deyib-gülən var.
Qanqaraçılıq düşüb,
qonşumuzda ölən var..
Özümə baxmıram heç,
yaman soyuqlamışam.
Dünən bütün gecəni
səni sayıqlamışam.
Yaxşı ki şəkilin var,
ovuduram özümü.
Baxıram, gözlərində
unuduram özümü...
Kaş, bu gecə gələsən,
tutum o əllərindən.
İstəyirəm yıxılıb
yatım o əllərində..
Həsrətinlə bir evdə
olmur axı yaşamaq..
Həsrətinlə bir evdə
darıxmaq olur ancaq..
Yolunu azmış kimi,
geri qayıtmaq olmur.
O qədər sevdim səni,
indi unutmaq olmur..
Комментариев нет:
Отправить комментарий