04.12.2012

Kimlik sənədində yazılmış adın kimiyəm

Ramin Abbaszadə

kimlik sənədində yazılmış adın kimiyəm
qalmışam
necə unuda biləcəksən məni
və mən ozum səni xoşbəxt elə bildiyimdə
necə xoşbəxtlik arzusu edə bilərəm sənə
bunu bil
gəlinlik geyimi geymək
yetərli səbəb deyil
yataq otağındakı məhrəm qoxuların məhrəmliyinə
arzuların məni yerikləyəcək
və uşaqların mənim uşaqlığım olacaq
bunu anlarkən ərin
qatil olacaq

Комментариев нет:

Отправить комментарий