MİRBAĞIR
Sürəyyanı daşlamaq filminə baxdıqdan sonra bir anın içində yazılmış şeir...
İbrahim Fərhadoğluna, İbrahim Selə və Əsəd Qaraqaplana
Haqq həmişə təklənir,
döyülür, kötəklənir...
Öz içində yaşlanır,
Aşağılanır, daşlanır,
ama, bir müddət sonra
o, haqq idi – deyilməyə başlanır...
Ey, bir Tanrı haqqına daş atmağa gedənlər,
Öz kötü inancını yaşatmağa gedənlər,
Onu köyün gözlərində alçaldıb
Ulu Tanrı dərgahında ucaltmağa gedənlər...
Bədənlərinə deyil, imanlarına zinakarlıq edənlər.
Sizin Allahınız varmı?
Bir məsum, günahsız insan belə dərdə qoyularmı?
Allah daha dözməyib sizin bu vəhşiliyə,
Gecə - gündüz ağlasa etdiyiniz əməllərin cinayəti yuyularmı?
Ey, adına molla deyib şəhvətinə yıxılan
Artıq, oyan yuxudan...
İnsanlığa zərbədir söylədiyin təkliflər
Adi bir həvəs deyil...
Körpə - körpə qızları özünə arvad etdin,
Hələ sənə bəs deyil.
Günahsız bir gəlinə ruhun tək qara yaxıb
İnandırdın hər kəsi.
Və beləcə yarandı o qatilllər dəstəsi...
Bir tifili öldürüb adın qəhbə qoydunuz
Heç olmasa bunca il,
Etdiyiz qəhbəlikdən, çirkinlikdən doydunuz?
Gözlərinin önünə şeytan pərdəsi düşən,
Canilər dəstəsindən
Bunu gözləmək olmaz.
Artıq, hər şey bəllidir daha gizləmək olmaz...
Sonun yaxşı oldumu
Ey, bir mutlu son cızan,
Öz həyat yoldaşını daş-qalaq edən dəli?
Sonumuz bəlli olmaz, bu, bir qanun deməli.
Adın belə unudulub, varlığınsa boş röyadır.
O, isə həp yaşayacaq, sənin adın can oğrusu
Onun adı Sürəyyadır...

Комментариев нет:
Отправить комментарий