20.12.2012

Məşhur əhli-sünnə alimi Kardavidən “mülki vətəndaşları da öldürün” fətvası


Şeyx Yusuf Kardavi Suriya hakimiyyətilə çalışan hamının, o cümlədən də mülki vətəndaşların və alimlərin qətlinə çağırış etdi

“Yeni Şərq”in Türkiyənin Rasthaber.com saytına istinadən verdiyi məlumata görə, məşhur əhli-sünnə alimi Şeyx Yusuf Kardavi “əl-Cəzirə” kanalıyla çıxış edərək Suriya hakimiyyətilə çalışanların hamısının, o cümlədən mülki vətəndaşların və ailimlərin də qətlinə fətva verib.
Saytda yerləşdirilən videogörüntüdə çıxış edən Şeyx Kardavi Suriya hakimiyyətinin yanında olanları "qatil rejim kimi zülmkar" adlandırıb və onları öldürməyə çağırış etməklə bərabər, qeyd edib ki, “əgər öldürülənlərdən kimsə günahsız olarsa, Allah onu bağışlayar və onun haqqını verər”.

Sayt bildirir ki, “Müsəlman Qardaşları” hərəkatını ideoloji lideri sayılan və uzun illərdir Qətərdə yaşayan misirli Şeyx Yusuf Kardavinin bu fətvası Suriyada dinc əhali arasında kütləvi qətllərin törədiləcəyinə yol açır.

Комментариев нет:

Отправить комментарий