08.12.2012

"Ölkələr çoxdu, amma şəhərlərdən gözümdə bircə Bakıdı"

Gülnarə Rəfiq "TEZ-BAZAR"da

- Özünüzü 2 sözlə təqdim edin.

- Axtaran adam.

- Sizi necə təqdim edəndə razı qalırsınız?

- Vüsalın, ya da İlkinin maması.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?

- Bunu hələ dəqiqləşdirməliyəm.

- Dost…

- Hardadı?

- İlk sevginiz?

- Artıq unudulub.


- Əsas ixtisasınız?
- Musiqişünaslıq.

- İstifadə etdiyiniz nəqliyyat növü?

- Hamısından.

- Sevdiyiniz maşın markası?

- Başım çıxmır.

- Sevdiyiniz brend?

- “Yamaha” musiqi avadanlığı.

- Sevdiyiniz saç düzümü?

- Yalnız və yalnız uzun.

- Sevdiyiniz rəng?

- Yerinə düşsün gərək. İçəri yaşıl olanda çölümə qırmızı geydirə bilmirəm.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?

- Ölkələr çoxdu, amma şəhərlərdən gözümdə bircə Bakıdı.

- Sevdiyiniz yemək?

- Xəmir xörəkləri.

- Ən çox istifadə etdiyiniz söz?

- Sayğaca hələ qoşmayıblar.

- Leksikologiyanıza yad olan söz?

- Söyüş.

- Sizi nə həyacanlandıra bilər?

- Çoxandı təsirlənmirəm.

- Ən çox sevdiyiniz kitab?

- Sadalamağa başlasam biri o birini üstələyəcək.

- Ən çox sevdiyiniz yazar?

- O qədərdi ki…

- Ən çox bəyəndiyiniz ifaçı?

- İçərisini göstərə bilənləri bəyənirəm.

- Ən çox bəyəndiyiniz musiqi janrı?

- Caz, muğam, ya da caz-muğam.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?

- Əlbəttə, qeyri-adi olmadığını düşünərək yaşamaq çətin olur.

- Mənfi xüsusiyyətiniz?

- Sonuncu reviziyadan sonra bir-ikisi qalmışdı, deyəsən.

- İdeal insan necə olmalıdır?

- İnsanlar ideal olmur.

- Özünüzü ideal insan hesab edirsizmi?

- İdeal olduğunu düşünən zaman adam gərək ayaqlarını uzadıb ölsün. Gerisini yaşamağın faydası yox.

- Sizi özünüzdən nə çıxarda bilər?

- Özümdan çıxmasan daha yaxşı olur, sonra geri qayitmağı var eee…

- Həyat fəlsəfənizi ifadə edin.

- Kimliyimi xatirlamaq, yolumu tapmaq və ölənə qədər eləməli olduqlarımın hamısını çatdırmaq.

- Siz xoşbəxtsinizmi?

- Çalışıram. Xoşbəxt olmamağa bəhanəm yoxdu.

- Bədbəxtliyin xüsusi düsturu varmı?

- Bunu məktəbdə öyrətmirlər. Yaxşı ki, bu məsələdə hamı “samouçka”dı.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?

- Gələcəyi bilməyin ən yaxşı yolu onu əvvəldən quraşdırmaqdı.

- Ölüm niyə ölmür?

- Çünki ölüm yoxdu, bir haldan o birinə keçıd var.

- Dinlərə münasibətiniz?

- Bəzən çox gərəkli olurlar.

- Kimdən və nədən xilas olmaq istərdiniz?

- Yolumu kəsənlərdən və tərəddüdlərdən.

- Falçıya inanırsızmı?

- Falçılar bəyəm mənə inanır?

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?

- Vətənə daş olardım.

- Sevinciniz nə qədərdir?

- İçəridə həmişə bir pay saxlayıram, qəfil qonaqlarım üçün.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?

- İnsanları olduğu kimi sevməyi artıq öyrənmişəm.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?

- Özüm də bilmirəm.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?

- Pürrəngi çayın yerini heç nə vermir.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…

- Gülməyə çalışıram.

- Mənə sualınız.

- Razı qaldın?

Tural Balabəyli

Комментариев нет:

Отправка комментария