21.12.2012

PAYIZ NAĞILI

Ramilə Qardaşxanqızı

 Bu da sərin meh əstirən,
 ara-sıra üzümə yağış damlaları çiləyən,
 mənim kimi anidən kövrəlib dolan,
 titrəyib coşan, şıltaq
 və bir az da sənə bənzəyən;
 Dəlisov, əsəbi, sevgi dolu payız fəsli.
 Axşam üstü, şam saatı, işıqların tək-tək közərən vaxtı...
 Anaların eyvandan səslənərək;
 Gəlin deməsi.
 Uşaqların əllərində çirkli top evə doluşan anı,
 pəncərələrin pərdələnmək zamanı...

Bizi bizdən savayı bir kimsə görmür, eşitmir,
 mən istədiyim mahnını oynayaraq mızıldanıram.
 Sən istənilən yerdə mənə dəlicə sarılırsan,
 gözlərimi yumub öpürəm səni.
 Öpüşürük çılğınca...
 Ömrümüzün hər anında xəyal etdiyimiz kimi,
 Sevgimizi yaşayırıq maniələrə qarşı çıxaraq.
 Ürəyimin həsrətdən çatlayan divarlarına çiləyirəm xoşbəxtlik havasını.
 İlk dəfə səninlə paylaşıram dodaqlarımı və qəlbimi.

 Heç vaxt Zərifə Əliyeva adına göz klinikasını görməmişdim.
 Həndəvarında da dolanmamışdım.
 Ömür pilləkanlarıni isə tək çıxmışdım amma bax,
 indi səninlə enirəm, həm də sənin qollarında.
 Elə addımla ki, büdrəməyəsən,
 yoxsa ikimizdə yıxılarıq.
 Yaralanarıq qəlbimizdən...
 Həyat doğrudan da qəribədir.
 Müəmma doludur.
 Bəlkə sabah yenə sənin qollarında olmaq üçün,
 ömürlük kor olmaq belə istəyəcəm.
 Yetər ki, bu pilləkanları yenidən səninlə enim.
 Bəlkə sən məni qollarında deyil,
 Çiyinlərində bir ömürlük yük kimi daşımağa hazırsan.
 Yetər ki, əlim əllərində,
 Gözüm gözlərində,
 yanında həmişə mən olum deyə...

 Uşaq vaxtı nağıllara inanmırdım.
 Bir ədəd də olsun nağıl kitabı yox idi otağımda.
 Yolka işığını da sevmirdim.
 Şaxta babanın mənə hədiyyə gətirəcəyini də gözləmirdim.
 Çün ki, mən başqa uşaqlardan fərqli doğulmuşdum.
 Mənim beynimdə öz əsərlərim vardı.
 Mən öz gerçək dünyamın şahzadəsiydim.
 Mənə evimizdə yalan da danışmırdılar,
 inanmazdım da...
 Mənim üçün çox yerlər dolanaraq,
 qarlı dağlar aşıb gələn,
 Bütün uşaqlara babalıq edən ağ saqqalına baxmayaraq,
 Qırmızı geyinən şaxta babam mövcud deyildi.
 Yanımda əlləri daima qabarlı olan,
 öz zəhmətkeş atam vardı.
 Mənim üçün ən gözəl nağıl axşamlar yatanda səslənən cəfəngiyyat yox,
 Səhərlər anamın məni qıdıqlayaraq oyatması idi.
 Ən gözəl əyləncəm isə,
 atamın maşınından sökdüyüm rəngbə-rən şunurlar idi ki,
 onları xsusi zövqlə doğrayırdım.
 Özüm üçün muncuq düzəldir,
 sonra da sapa düzərək boynumdan asırdm.
 Ən bahalı hədiyyə kimi...

 Heç kim məni sındırdığım qablara görə danlamırdı,
 çün ki, başqasının qabında yemək yemirdim.
 Dilim də uzun olurdu;
 Paaah, sənin qabın deyil deməyə.:)))
 Başqasının da sındırdığı qabları görüb;
 Görmədim deyirdim.
 Nəyimə lazım idi axı sınmış qab qalıqlarının yerini bələdləmək?
 Ondansa anam məni opsün deyə tez-tez xəstələnir,
 atam qucaqlasın deyə hər dəm uşüyürdim.
 Demək sonda sevinən mən olum deyə,
 sevilim deyə bir növ şirin-şirin yalan da danışmışam.
 İndi böyümüşəm amma bədii cığallıqlarım yenə var.
 Mənim üçün, üç üstünə üç gələndə altı etmir.
 Bəlkə də yeddi edir...
 Tez-tez üşüyürəm, əllərim də donur.
 Nədənsə qalın geyinməyi sevmirəm.
 Bizim şəhər də elə həmişə küləklidir,
 gözlərimə nəsə düşür.
 Qəribə təsadüf;
 Çantamda da güzgü yox...
 Mən heç böyümürəm.
 Küçələri tək başıma gəzə,
 yolları isə əlimdən tutmasan keçə bilmirəm.
 Yalan danışmıram aaa,
 mən axı yalançı deyiləm?;)
 Oyun oynamağı uşaqlıqdan sevmirəm.
 Cığallıq etmək də mənə görə deyil.
 Cığal olma, mən səndən səni sevməyi öyrənirəm.
 Oyun oynamağı da uşaqlarımıza sən öyrədərsən.
 Bir də unutma;
 Özünə yalançı saqqal,
 Qıremızı çəkmə,
 Bir də sehirli dəyənək alarsan.
 Bizim sevgi nağılımızı isə,
 mən danışacam onlara.
 Yalandan yox,
 əsil payız nağılını...
 Razılaşdıq?:))))

Комментариев нет:

Отправить комментарий