Furuğ FərruxzadKeşke payız kimi olsaydım...keşkə payız kimi olsaydım
Keşkə payız kimi sonuk və kədəri andıran olsaydım
Arzu yapraqlarım bir-bir sararsaydı
Gözlərimin günəşi soyuq örtüylə qapansaydı
Ürəyim acıyla kədərlə dolsaydı
Ansızın canımda qəm fırtınası qopsaydı
Göz yaşlarım yağmur kimi
ətəyimi boyasaydı
oh…nə gözəl olardı ki payız olsaydım
vəhşi, coşqulu və boyalı olsaydım
şaırlərdən biri gözümdə oxuyurdu… səmavi bir şiir
sevdalı ürək alovlanırdı yanımda
alovlar içində gizli bir acı
mənim mahnım…
qolu qanadı qırıx bir əsinti səsi kimi
yorğun ürəklərə qəm ətiri tökürdü
önümdə:
gənclik qişinin acı siması
arxamda:
köksüm:
qaramsarlıq,acı və qəm düşərgəsidir
keşkə payız kimi olsaydım.
Çevirən : Şəlalə CAVANŞİR
Комментариев нет:
Отправить комментарий