02.12.2012

Sionizmin paytaxtı: Tel-Əviv, yoxsa Varşava?

Polşanın İsrail ilə müqayisədə daha sionist dövlət olduğu haqqında müstəqil mətbuatda çox danışılıb

Məsələn, Polşa öz hava məkanında İsrail HHQ-nin icazəsiz ucuşlarına şərait yaradır. İsrail HHQ-nin dünyada ən yaxşı olduğunu nəzərə alsaq, Polşa sərhədindən Moskvaya və ya Peterburqa uçub gəlmək onlar üçün çox asanlaşır. Polşa hökumətində bir nəfər də yəhudi olmayan şəxs yoxdur. Katolik kilsənin rəhbərliyində də həmçinin. Polşa İsrail silahını – tanklara qarşı “Rafael” raketlərini və “Merkava” tanklarını almaqla daim İsrailə kömək edir. “Dörd tankçı və it” məşhur polyak filmini xatırlayırsınız? Filmdə T-34 sovet tanklarının Polşanı azad etməsindn danışılırdı. İndi isə Polşanı Rusiyadan “Merkava” İsrail tankları “azad edir”.
Elə bilirsiz mən antisemitliyimdən belə yazıram? Bunu Londondan İyehuda Koen yazır. Rense.com saytında isə İsveçdən “Həmrəylik” təşkilatının sabiq rəhbərlərlərindən birinin məktubunda sionist yəhudilərin Polşada hakimiyyəti ələ almaqlarından danışılır. Biz axmaqları “demokratiya” ilə necə də aldatdılar! Demokratiya, sən demə, elə təkcə sionçular üçün imiş! Çünki polyakların özləri həmişəki kimi çox pis vəziyyətdə yaşayırlar.
Henri Makov adli sabiq sionist isə öz məqaləsində maraqlı nüanslara toxunur. O göstərir ki, yəhudi uşaqlarını erkən yaşdan öyrədirlər ki, yəhudiləri səbəbsiz olaraq, heç bir səbəb olmadan hamı təqib edir! Ona gorə yəhudi uşaqları bu dünyanı dəyişmək arzusuyla böyüyür və dünyanı idarə edən yəhudi elitasının toruna düşürlər. Müəllif sionist Dennis Pregerin “Yenə də yəhudiləri günahlandırmalı?” adlı məqaləsini tənqid edir. Makov özü haqqında bunları nəql edir: o sion təbliğatına elə inanırdı ki.... lakin günahsız fələstinlilərin illərlə sel kimi axıdılan qanı onu məcbur etdi ki, düşünsün: görəsən, insanlar yəhudilərə doğrudanmı səbəbsiz olaraq nifrət edir? Sabiq sionçu Henri Markov bu nəticəyə gəlir: “Yəhudilərin əksəriyyəti özlərinin uydurduğu nağıllara inanır. Onlara qarşı yönəlmiş bütün ittihamlari yəhudiləri sevməmək, antisemitizm adlandırırlar. Makov deyir ki, yəhudi təşkilatları, xüsusilə də beynəlxalq bankçılar qeyri-yəhudi tərəfdaşları ilə birgə BMT pərdəsi altında bütün dünyanı öz nəzarətində saxlamağa çalışırlar. Məqsəd- qərb sivilizasiyasının xristian əsasını qəribə və təhrif edilmiş iblis ideologiyası ilə əvəz etməkdir. İnsanlıq köləlik məqsədilə ram edilmişdir.

Sima Ənnağı

Комментариев нет:

Отправить комментарий