07.12.2012

Şok!! Mahirə Abdulla yer üstündə AYB üzvlərinə qayçı ilə hücum çəkib

Mahirə Abdulla AYB-də yenə qalmaqal yaratdı

Mahirə Abdullanın dalınca Ruhi Əsəb Xəstəlikləri Dispanserindən təcili yardım da çağırılıb


Dünən Yazıçılar Birliyində qalmaqal baş verib. 
Teleqraf.com-a daxil olan məlumata görə, buna səbəb Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı Mahirə Abdullanın birliyin katibi, tanınmış şair Abbas Abdullaya qarşı çıxması səbəb olub. 
Məlumatlı mənbənin bildirdiyinə görə, Abbas Abdulla AYB-nin Məlahət adlı işçisinin Mahirə Abdulla ilə eyni otaqda oturması barədə göstəriş verib. Mahirə Abdulla isə buna etiraz edib. Yaranan mübahisə Mahirə Abdullanın Abbas Abdullaya hüçum etməsinə qədər genişlənib. Belə ki, Yazıçılar Birliyinin xanım əməkdaşı əlindəki qayçı ilə Abbas Abdulanı vurmaq istəyib. Bu zaman araya girən Birliyin Arzu adlı əməkdaşı xəsarət alıb. Belə ki, qayçı zərbəsi onun əlini yaralayıb.

Baş verən dava Yazıçılar Birliyinin rəhbərliyinin müdaxiləsindən sonra yatırılıb.AYB-nin katibi Çingiz Abdullayev də insidentə görə, Mahirə Abdulllanın günahkar olduğunu bildirib. O, artıq Mahirə Abdulla barədə tədbir görülməsinin vaxtının çatdığını bildirib. 
AYB sədri Anar isə Mahirə Abdullanın artıq ikinci dəfə belə qalmaqal yaratdığını bildirib və ona xəbərdarlıq edib: "Bir daha belə xoşagəlməz vəziyyət yaransa, səni işdən uzaqlaşdırmalı olacağam".
Qeyd edək ki, bundan öncə Mahirə Abdulla ilə gənc yazar Sayman Aruz arasında qalmaqal baş vermişdi. AYB-də keçirilən tədbirdə yaranan mübahisə zamanı Mahirə Abdulla onu ağır söyüşlərlə təhqir etmişdi.
Məsələ ilə bağlı AYB-nin katibi Abbas Abdulla ilə əlaqə saxladıq. Tanınmış şair belə bir xoşagəlməz hadisənin yaşandığını təsdiq etdi: "Mahirə Abdulla bir qədər çığır-bağır salmışdı. O, Məlahətin onunla eyni otaqda oturmasına etiraz edirdi. Amma Məlahət əvvəl də orada oturub".
Onu da qeyd edək ki, AYB-yə yaxın mənbə dünənki qalmaqalın çətinliklə yatırıldığını da bildirdi. Onun sözlərinə görə, hətta Ruhi Əsəb Xəstəlikləri Dispanserindən iki dəfə təcili yardım da çağırılıb.
Məsələ ilə bağlı yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Teleqraf.com 

Комментариев нет:

Отправить комментарий