06.12.2012

Vasif Əlihüseyn: “Şairlər Allaha ən yaxın adamlardı”

Vasif Əlihüseyn “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Gənc yazar.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
-  AYB-nin üzvü.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
-  Vasif Əlihüseyn.

- Dost…
- Həm bəy, həm də xanım dostlarım var.

- İlk sevginiz?
- Olub.


- Əsas ixtisasınız?
- Filologiya.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Avtobus.

- Sevdiyiniz maşın markası?
- Mercedes.

- Sevdiyiniz brend?
- O, haqda fikirləşməmişəm.

- Sevdiyiniz saç düzümü?
- Qısa.

- Sevdiyiniz rəng?
- Qara.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Türkiyə, Moskva.

- Sevdiyiniz yemək?
- Yarpaq dolması.

- Ən çox istifadə etdiyiniz söz?
- Nə?

- Leksikologiyanıza yad olan söz?
- Acizlik.

- Sizi nə həyacanlandıra bilər?
- Yad nömrədən gələn zəng.

- Ən çox sevdiyiniz kitab?
- Robinzon Kruzo.

- Ən çox sevdiyiniz yazar?
- Anar.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Qədir Məmmədov.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Klassi . Skripka ifaları.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Bəli, məncə şairlər Allaha ən yaxın adamlardı.

- Mənfi xüsusiyyətiniz?
- Əsəbiyəm.

- İdeal insan necə olmalıdır?
- Savadlı.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Xeyr.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Yalan.

- Həyat fəlsəfənizi ifadə edin.
- 30 yaşa kimi, müəyyən mövqe tutmaq.

- Siz xoşbəxtsinizmi?
- Bəli.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Var.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Özümü qınayıram, tələsdiyim üçün.

- Ölüm niyə ölmür?
- Allahın qoyduğu qanundur.

- Dinlərə münasibətiniz?
- Bütün dinlər müqəddəsdi, amma dini kitablar oxumuram.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Yalançı adamlardan, bir də kirayə yaşamaqdan.

- Falçıya inanırsızmı?
- Xeyr.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Daşlaşmaq.

- Sevinciniz nə qədərdir?
- Kədərimdən çox az.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Sadəliyinə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Bəli.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Çayı içmək.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Güldürməyi.

- Mənə sualınız.
- Nə?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий