Fətullah Gülən camaatı "nurçu" kimi bilinsə də, klassik nurçuluqla Gülən hərəkatı arasında kifayət qədər fərqlər mövcuddur və bu "camaat"ın tam fərqli bir yol tutduğunu deməyə əsas verir. Nurçuluq həyatı haqqında kifayət qədər ziddiyətli fikirlər və məqamlar olan Səid Nursininin adıyla bağlıdır. Səid Nursi 1878-ci ildə Bitlis şəhərində anadan olub. Həyatının çox hissəsini zindanlarda və sürgünlərdə keçirmiş və 1960-cı ildə vəfat etmişdir. Bütün ideya və fikirlərini "Nur risalələri" deyilən əsərlərində qələmə almışdır. Nurçuluqla, Fətullah Gülən hərəkatının əsas fərqi bundadır ki, Səid Nursi əsərlərində və çıxışlarında "əuzu billahi min əş şeytani və siyasə" yəni "şeytandan və siyasətdən Allaha sığınıram" deyərək, siyasətdən uzaq olduğunu və siyasəti çirkli bir sənət hesab etdiyini bildirmişdi. Gülən və hərəkatının bu gün siyasi oyunların tam mərkəzində və əsas tərəflərindən biri olması isə hamıya məlumdur. Gülənin özü də, dəfələrlə nurçu olmadığını bildirib. 1971-ci ildəki hərbi müdaxilədən sonra Fətullah Gülən İzmir məhkəməsində nurçu olmadığını, Səid Nursi və onun kitabları ilə əlaqəsinin olmadığını söyləmişdi. Maraqlıdır ki, özünün nurçu olduğunu müdafiə edənlər 4 ay ərzində azadlığa çıxdığı halda, Gülən 8 aydan sonra azadlığa çıxa bildi. Azadlığa çıxdıqdan sonra isə "nurçu" sözünün bölücülüyə səbəb olduğunu, insanlarda ikrah hissi yaratdığını söyləyərək, itirilmiş nufuzunu bərpa etməyə çalışdı.
Əslində Gülən artıq 1970-ci ildən başlayaraq öz müstəqil yolunu, üslubunu, strategiyasın yaratmışdı, Nurçuluqdan ayrılmışdı. Necə ki, bu gün Səid Nusinin tələbələri Gülən-Ərdoğan qarşıdurmasında Ərdoğanın tərəfinda dayanıblar. Həqiqət isə budur ki, ötən əsrdə bölgədə başlayan İslami oyanışdan sonra ABŞ, bir "müsəlman papası" yaratmağa ehtiyac duydu. Bu planda baş rolda oynayacaq şəxs kimi isə, Fətullah Gülən seçildi. Yeni seçilmiş "papa" müsəlmanların etimadını qazanmalı, mənəviyyat adamı kimi tanınmalı eyni zamanda bölgədə ABŞ maraqlarının qorunmasına çalışmalıydı. Eyni zamanda ABŞ-da Fətullaha hər cür dəstəyi göstərməli, onun müsəlmanların tam dəstəyini qazanması üçün əlindən gələni əsirgəməməliydi. Belə də, oldu. Dünyanın 4 bir yanında məktəbləri, universitetləri olan Gülən eyni zamanda ABŞ-ı ən çox dəstəkləyən müsəlman din xadimi kimi tanınır.
1991-cı ildə ABŞ İraqa hücum edərkən, Səddam da İsrailə bir neçə raket zərbəsi endirmişdi. Bu zərbələr simvolik xarekter daşıyırdı, çünki insan yaşamayan ərazilərə düşmüşdü və heç bir ciddi ziyan vurmamışdı. ABŞ-ın İraqa hücumu nəticəsində isə minlərlə iraqlının evi dağılmış, uşaqlar öldürülmüş və böyük bir faciə yaşanmışdı. Həmin günə qədər, ABŞ-ın hücumu haqqında heç bir söz söyləməyən Gülən, Səddamın zərbələrindən sonra televizora çıxaraq, "İsrailli uşaqlar kim bilir nə qədər qorxmuşdur" dedi. Bir müsəlman din xadiminin ölən iraqlı uşaqlara görə bir söz deməyib, israilli uşaqlar üçün qorxması hamının beynində sual işarəsi yaratmışdı. Gülən camaatının, Türkiyədə digər dini camiələr tərəfindən qəbul edilməməsinin digər səbəbi isə, "dinlərarası dialoq" adlı yeni bir lahiyəsi idi. Bütün dinləri əridib, tək dünya dininin yaradılmasını hədəfləyən bu lahiyə Türkiyədə böyük əks-səda doğurdu. "Dinlərarası dialoq" əslində dinlərin məhv edilməsi üçün yox, mahiyyətinin dəyişdirilməsi üçün hazırlanmışdı. Məscidlərin kilsəyə oxşar formada tikilməsi, kilsədə "Muhəmmədən Rəsulallah"sız azanın verilməsi bu lahiyənin nəticələri idi. Ənənəvi İslam yerinə "ılımlı" İslamın yaradılması planlaşdırılmışdı. Papa 2-ci Paulla 1998-cı ildəki görüşü əsnasında, Gülənin ən yaxın adamı sayılan Ələddin Kayanın papanın əlini öpməsi daha bir senssaiyaya səbəb oldu. Türkiyədəki din xadimləri bu görüşlərin arxasında mövcud İslami kəsimi xristianlaşdırmaq planının olduğunu söyləyirdi. Çünki Gülən camaatı "İslam xristian və yəhudilərin müsəlman olmasını istəmir" deyir, qeyri-dinlərin nümayəndələrinin də Cənnətə gedəcəyi yönündə təbliğat aparırdı. Bu isə təbii ki, xristian və yəhudilərə sərf edirdi. Çünki, bununla onlar üçün rahat şəkildə təbliğat aparmağa şərait yarandı. Peyğəmbərə edilən təhqirlər ərəfəsində istər karikaturalara, istərsə də çəkilən kinoya Gülənin bir reaksiya verməməsi isə Gülənin bir İslam din xadimi olmaqdan daha çox, öz mənafeyini güdən siyasətçi olduğunu sübut edirdi. Güləndən daha bir şok açıqlama 2010-ci il Mavi Maramara hadisələri zamanı gəldi. Güləndən bu barədə fikir soruşulanda, o "Türkiyə gərək İsraildən icazə alaydı. Səhv addım atıb" deyə cavab verdi. Minlərlə fələstinlinin ölümünə toxunmayan, dəhşətli blokada şəraitində olan Fələstini düşünməyən, gəmidə ölən əsgərlərin halına acımayan Gülənin bu sözləri şok effekti yaratdı. Hadisə zamanı öldürülənlərin barəsində indiyə kimi şəhid sözünü işlətməməsi isə daha bir diqqətçəkici məqamdır. Keçmiş CHP başkanı Dəniz Baykalın məlum videogörüntüləri yayılandan sonra Gülən Baykala zəng edərək, bu hadisəyə görə təəsüfləndiyini bildirmişdi. Bütün bunlar AKP-Camaat münasibətlərinin soyumasının ilk qığılcımları idi...
Rövşən Məmmədli azadxeber.net
Комментариев нет:
Отправить комментарий