Ədalət Abdinov,
Azərbaycan Kommunist Partiyasının üzvü
Kapitalizmin antiinsani iqtisadi qanunları proletariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələrinin hakim quruluşa qarşı mübarizəsini daha da gücləndirir. Artıq cəmiyyətin bu hissəsi əmək və həyat şəraitinin ağırılığı ucbatından mütəşəkkil bir qüvvəyə çevrimişdir. Bu prosesdə aparıcı güc proletariatdır, onun da əlində elə bir şey yoxdur ki, itirə biləcəyindən qorxsun. Kəndlilər də kapitalizmin amansız istismarına məruz qalıblar. Ancaq nəzərə almaq lazımdır ki, kəndlilərin bir parça torpağı olduğuna görə şürlarında zəhmətkeş baxışı ilə xırda mülkiyyətçi baxışı bir-biri ilə mübarizə aparır.
Birinci baxış kəndlini sosializmə, ikinci baxış isə kapitalizmə doğru sövq edir. Proletariatın isə öz işçi qüvvəsindən savayı heç bir şeyi yoxdur.
Proletariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələri hazırda sosializmin bərpası prosesinin hərəkətverici qüvvəsidir. Məqsəd odur ki, istehsal vasitələri üzərində xüsusi mülkiyyət ləğv edilməli və insanın insan tərəfindən istismarına son qoyulmalıdır. Beləliklə əzilən sinif, həm də bütün xalqı mənfur kapitalizmin caynağından xilas etməlidir. Üstün cəhət odur ki, proletariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələrinin həyati mənafeyi bir-birinə uyğundur, onlar birlikdə qarşısında duran vəzifələri yerinə yetirməyə qadirdilər. V.İ.Lenin yazırdı ki, bunların ittifaqı kapitalizm üzərində qələbə çalmaq üçün rəhndir.
Azərbaycan Kommunist Partiyasının rəhbərliyi altında xalq kütlələrinin mütəşəkkil qüvvəsi gündən-günə möhkəmlənir və bu qüvvə kapitalizmə qarşı şiddətli müqavimət mərhələsinə daxil olur. Azərbaycan Kommunist Partiyası proletariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələrini səfərbərliyə almaq vəzifəsini uğurla yerinə yetirir və xalq kütlələrinin mənafeyini bir ovuc tüfeylidən – burjuaziyadan qorumaq gücünə malikdir.
Hiyləgər və riyakar burjuaziyaya aman verilməməli və rəhm edilməməlidir. Tarixi yada salaq. Vaxtilə Paris Kommunnası inqilab düşmənləri ilə çox yumuşaq rəftar etmişdi. Məhz kommunanın rəhm etdiyi burjualar prussiyalı silahlı müdaxiləçilərlə əl-ələ verərək, Fransa proletariatının ən yaxşı övladlarını qırdılar. Bütün dünyanın burjua mətbuatı isə kommunarları zalım və qatil adlandırdılar. Buna görə də burjuaziyaya və onun fəhlə - kəndli hərəkatındakı quyruqlarına qətiyyən inanmaq olmaz.
Burjua dövlət mexanizmi bütünlüklə elə qurulmuşdur ki, iş qüvvəsini satmaqdan başqa heç nəyi olmayan insanları əzmək məqsədini güdür, dövlət vəzifələrini də istismarçı sinifin nümayəndələri öz mənafelərinə uyğun yerinə yetirirlər. Məhz buna görə burjua dövlət maşınını sındırmağın vaxtıdır. Yüksək tipli sosializm dövləti bərqərar olmalıdır ki, hansı ki, onun təşkilat və fəaliyyət formaları birbaşa xalqın əzilən böyük hissəsinin mənafeyini, haqq səsini qoruyur.
Kapitalizm quruluşuna hücum edə bilməkdən ötrü Azərbaycan Kommunist Partiyası beynəlxalq kommunist təşkilatları ilə bərabər proletariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələrini ən yaxın və son məqsədlərini dərindən başa düşmək biliyi ilə silahlandırır. Azərbaycan Kommunist Partiyası həmin sinif və təbəqələrin qabaqcıl dəstəsi, avanqardıdır və ən şüurlu, ən mətanətli, kommunizm işinə sadiq insanları birləşdirən siyasi təşkilatdır.
Azərbaycan Kommunist Partiyasının rolu marksizm-leninizm təliminin ideyalarını təkcə yaymaqla bitmir. Biz çalışırıq ki, proletariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələri nəyin uğrunda mübarizə apardıqlarını və nə qurduqlarını yaxşı bilsinlər. Sözsüz ki, sosializmin bərpası naminə şərəfli mübarizə aparan insanların müdrik sərkərdəsi Kommunist Partiyasıdır. Və bu sərkərdə kapitalizmdən sosializmə keçidin marksizm-leninizm tərəfindən elmi surətdə əsaslandırılmış yollarını aydın görür.
İctimai bərabərsizliyə, xalqın çox böyük hissəsininin yoxsulluğuna və bədbəxliyinə son qoymaq üçün istehsal vasitələrini xüsusi şəxslərin mülkiyyətindən alıb cəmiyyətin mülkiyyətinə vermək lazımdır. Bunu ancaq Kommunist Partiyasının başçılıq etdiyi əzilən və istismar olunan sinif sosializm dövləti yaratmaqla edə bilər. Beləliklə, insanın insana zülm etməsinə iyimi beş il öncə olduğu kimi yenə də son qoyulacaq və cəmiyyətə işıqlı gələcək üçün geniş yol açılacaq.
Oxuculara məlum olan bir faktı bir daha xatırlatmaq istəyirəm. Böyük Oktyabr Sosialist İnqilabı bəşəriyyətin kapitalizmdən sosializmə doğru bütün dünya miqyasında tarixi dönüşünü təmin etdi. Bu inqilab yeni dövrün – sosializm və kommunizm qurmaq dövrünün başlanğıcı oldu. Biz bu tarixi təcrübədən istifadə edərək, zorla, qeyri-qanuni ikinci dəfə bərqərar olmuş kapitalizmin buxovlarını yeni ictimai-siyasi şəraitə uyğun qırıb atacağıq. Azərbaycan Kommunist Partiyası onun ətrafında sıx birləşmiş proletariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələrinin qüdrətli gücünə arxalanaraq cəmiyyətdə kapitalın hökmranlığını bir zərbə ilə məhv etməyə qadirdir. Sözsüz ki, cəmiyyət birdən-birə kapitalizmdən “sıçrayıb” sosializmə keçə bilməz və təbii ki, sosializm öz bünövrəsi üzərində qurulmalıdır.
İnsan amilinə zidd mövcud vəziyyət proletariat və onunla birlikdə burjuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələri və onların mənafeyini müdafiə edən Azərbaycan Kommunist Partiyası qarşısında bir çox mürəkkəb məsələlər qoyur. Bu məsələlər nəticə etibarı ilə bir sualdan ibarətdir: nədən başlamaq lazımdır? Bütün tərəqqipərvər qüvvələr mənfur kapitalizmin yaratdığı maneələrin dəf edilməsinə yönəlməlidir. Ölkəmizin sosialist Sabahını hər kəs, xüsusilə gənclər aydın görməlidir. Hesab edirəm ki, V.İ.Leninin sosializm qurmaq planının üç əsas müddəası bu gün də qüvvədədir. Bu tarixi prosesdə ziyalıların fəal iştirakı daha çox vacibdir. V.İ.Lenin Maksim Qorkiyə demişdi: “ Ziyalılara deyin, qoy bizə tərəf gəlsinlər. Axı, sizin zənninizcə, onlar ədalət mənafeyinə ürəkdən xidmət edirlər, deyilmi? Bəs nə olmuşdur? Buyurun, bizə tərəf gəlin: axı xalqı ayağa qaldırmaq, bütün həyat həqiqətlərini dünyaya söyləmək kimi çox böyük zəhməti məhz biz öz üzərimizə götürmüşük, məhz biz xalqlara insan kimi yaşamağın düz yolunu, göləlikdən, səfalətdən, həqarətdən xilas olmaq yolunu göstəririk”.
Biz irtica və imperializmin şər qüvvələri ilə üz-üzə durmuşuq. Buna baxmayaraq, Azərbaycan Kommunist Partiyası proletariatın dahi rəhbəri V.İ.Leninin sosializm qurmaq planını müvəffəqiyyətlə həyata keçirəcək, burjuaziyanın zülm və istibdadına son qoyacaqdır. Ölkədə milli məsələ müvəffəqiyyətlə həll ediləcəkdir. Azərbaycan xalqının ideya və ictimai-siyasi birliyi yaranacaqdır. Maddi və mənəvi nemətlər bolluğu yaratmaq üçün şürda və məişətdə mövcud olan kapitalizm qalıqları tamamilə yox edildikdən sonra qabaqcıl ictimai quruluş qələbə çalacaqdır.
Yəqin ki, çoxlarına məlum olan bir misalı çəkmək istəyirəm:
- Siz varlısınızmı? – deyə bir amerikalı milyoner məşhur sovet təyyarəçisi Valeri Çkalovdan soruşmuşdu.
- Bəli, çox varlıyam, - deyə Çkalov cavab vermişdi.
- Sizin sərvətiniz nədən ibarətdir?
- Mənim 170 milyonum vardır!
- Nə?!.. Manat, yoxsa dollar?
- Yox. 170 milyon adam, mən onların xeyri üçün işlədiyim kimi, onlar da mənim xeyrim üçün işləyirlər.
Bəli, ictimai birlik olan yerdə insanlar bir yerdə varlıdırlar. Ona görə də Azərbaycan Kommunist Partiyası ictimai ziddiyyəti rəd edir. Dövlət yuxarı təbəqəni yox, xalqı təmsil, ədaləti təsdiq etməlidir. Bir qrupun, silkin başqa qrup, silk üzərində hakimiyyəti qəbul edilməzdir. Sosializmdə dövlətə insanilik, kapitalizmdə isə yırtıcılıq hakimlik edir. Kapitalizmin beşiyi Amerika barədə Aleksandr Proxanov çox düzgün yazır: “Amerika – dövlət yox, yırtıcı heyvandır”. Kapitalizmdə maddi varidat, sosializmdə isə maddi varidatla yanaşı, mənəvi qanunlar da hakimdir. Kapitalizmdə dövlət varlıların, güclülərin, zorluların, qoçularındır, sosializmdə isə dövlət xalqındır. Xalqın qələbəsinə inam həmişə böyük olmuşdur.

Комментариев нет:
Отправить комментарий