Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov və millət vəkili Ceyhun Osmanlının biznes fəaliyyəti haqqında mediada ilginc məlumatlar yayılıb.
Virtualaz.org azadliq.info-ya istinadən bildirir ki, həmin məlumatlara görə, Elnur Aslanov və Ceyhun Osmanlı “Novco” Şirkətlər Qrupunun prezidenti və yaradıcısı Fərid Novruzi ilə biznes ortağıdırlar. Başqa bir maraqlı fakt isə odur ki, Fərid Novruzi həm də Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidentidir.
Fərid Novruzi kimdir və adıçəkilən şirkət nə işlə məşğul olur?
“Novco” Şirkətlər Qrupu 1994-cü ildə adı çəkilən iş adamı tərəfindən yaradılıb.
Şirkət Azərbaycanda, Rusiyada, Gürcüstanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. Şirkət genişləndikcə müxtəlif sahələrdə fəaliyyət göstərən törəmə qurumlarını təsis edərək holdinq yaradıb: “Novco Construction” (1994), “Novco Trade” (1999), “Novo Group” (2001), “MYBRAND’S “ (2005), “Novco Sport” (2007), “Novco Manufacturing” (2007).
Şirkətin beynəlxalq miqyasda bir neçə investisiya layihələri var. “Al Adiyat Company” (BƏƏ) və “Hotnet” (2008) şirkətin əsas investisiya layihələridir.
Şirkət özündə “United Colors of Benetton”, “United Colors of Benetton 012”, “Sisley Tommy Hilfiger”, “Puma”, “Nike”, “Adidas”, “Accessorise”, “Bebe”, “Aftershock”, “Coast”, “Liu Jo”, “Nine West”, “Pablosky”, “Monnalisa”, “Antony Morato”, “Mexx”, “Mango”, “Xx by Mexx” kimi tanınmış brendləri birləşdirir.
Bu gün şirkəti 32 brend mağaza təmsil edir. Bunların 24-ü Bakıda, 8-i isə Gürcüstanda yerləşir.
Elnur Aslanov və Ceyhun Osmanlının kurasiyasında olan İrəli Təlim və Karyera Mərkəzinin təşkil etdiyi “Müasir İqtisad Məktəbi” layihəsində ekspert qismində Fərid Novruzinin iştirak etməsi və bir çox layihələri rəhbəri olduğu “Novco” Şirkətlər Qrupunun maliyyələşdirməsi heç də təsadüfi deyil.
“İrəli”nin rəsmi saytındakı xəbərlərdən:
1. "Biznesdə səmimi söhbət” mövzusunda təşkil edilmiş seminarın ekspert qonağı “Novco” Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi”;
2. “MYBRAND’s FASHION CLUB” tərəfindən “Regionlarımızı brendləşdirək” layihəsi start götürüb. Layihə çərçivəsində “MYBRANDS” şirkəti oktyabr-noyabr ayları ərzində Sabirabad rayonunda 4 idman növü üzrə yarışların əsas partnyoru qismində çıxış edir. Futbol üzrə ADİDAS turniri, voleybol üzrə NİKE turniri, güləş üzrə PUMA turniri, şahmat üzrə NOVCO turniri bu yarışlara misaldır. Layihənin partnyorları “MYBRANDS Fashion Club”, İrəli İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir. Qaliblər “MYBRAND’s” tərəfindən NOVCO istehsalı olan hədiyyələr və kuboklarla mükafatlandırılıb”.
Yazıda adları keçən brend mağazaların ölkəmizdəki filalları NOVCO şirkətlər qrupuna daxildir. İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyev Texas ştatının Hyuston şəhərində keçirilən Türkidilli Ölkələrin "İpək Yolu Festivalı"nda iştirak edib. Festivalın açılış mərasimində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, millət vəkili Qənirə Paşayeva, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov, NOVCO Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi, çoxsaylı iş adamları və ictimai xadimlər iştirak edib. Açılış mərasiminə Hyuston şəhərinin meri və digər ABŞ rəsmiləri də qatılıb”.
3. 30 sentyabr-5 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində 2012 SIFE Dünya Kubokunun final mərhələsinin yarışları keçirilib. Yarışlarda ölkəmizi Azərbaycan Tibb Universitetinin SIFE komandası təmsil edib. Maliyyə dəstəkçiləri sırasında yenə də NOVCO Şirkətlər Qrupu var. Komanda üzvləri arasında İrəli İctimai Birliyinin NTK üzvü Dünya Fərzəliyeva iştirak edib.
Məsələ ilə bağlı adı çəkilən şəxslərlə əlaqə saxlamaq mümkün olmayıb. Millət vəkili Ceyhun Osmanlı isə telefonu daim məşğul rejimə keçirərək danışmaq istəməyib.
virtualaz.org

Комментариев нет:
Отправить комментарий