27.03.2014

İran azərbaycanlı xəstələri daşımağa xüsusi avtobuslar ayırdı


“Azərbaycanlı xəstələrin İrana daşınması üçün marşrut xəttinə xüsusi avtobuslar buraxılıb”

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Hüquq müdafiəçisi bildirdi ki, İranda azərbaycanlı xəstələrə yaradılan lüks şəraitə təəccüblənib: “İranda keçirilən bir konfransda iştirak edirdim. Bu ölkədə azərbaycanlı xəstələrin qəbulu üçün xüsusi infrastruktur yaradılıb, xəstələrin daşınması üçün xüsusi avtobuslar ayrılaraq xəttə buraxılıb.
Hətta Azərbaycandan gedən xəstələrin və onların yaxınlarının gecələməsi üçün ucuz otellər də fəaliyyətə başlayıb. İran xəstəxanalarında azərbaycanlı xəstələrin sayı da çoxdur”.
E.Hüseynov qeyd etdi ki, İrandan Azərbaycana həkim dəvət edilməsi prosesi ilə də maraqlanıb: “Bildirdilər ki, heç bir tanınmış həkim-mütəxəssis öz xəstələrini qoyub digər ölkəyə getməz. Halbuki Azərbaycanda özəl klinikaların qarşısında iranlı həkimlərin qəbuluna düşmək istəyənlər növbəyə dayanır”.
Qeyd edək ki, İran xəstəxanalarında dünyasını dəyişən azərbaycanlıların statistikası təqdim edilmişdi. Hesabat İran mətbuatında da dərc edilmişdi və İranın Azərbaycandakı səfirliyi də daxil olmaqla qonşu ölkənin Səhiyyə Nazirliyi tərəfindən hiddətlə qarşılanmışdı.

islamazeri.az

Комментариев нет:

Отправить комментарий