27.03.2014

Ələddin Əzimov - Nostalgiya

Kaş o vaxtki kimi
20-25 yaşım olaydi.
Nə gözəl deyilib
El məsəlində.
Bir əlim, bir başım olaydi.
Moskvaya uçmaq üçün
Cibimdə biletim,
Yanımda bir həyanım,
Bir yoldaşım oleydi...

Gənclik illərini yada salaydim.
Moskva çayının sahillərində
Xəyala dalaydim
Doyana qədər.
Bizim “Tarqovını”
Mənə andıran
“Starıy Arbatda” yorulunca gəzəydim...
İndi altmışı haxlıyıb yaşım.

Xatirələr içindəyəm,
Yaralı ürəkdi
Yalnız yoldaşım.
O illər bir daha geriyə dönməz.

Bir ümidlə yaşayıram:
İlahi, gəl eşit bəndəni
Yetiş dadına.
Tez-tez salma yadına
Ötüb keçəni.
Yalvarıram,
Incitmə məni.

Sehirli kainat

Başımın üstündə 
Işığı sönən
Ulduz kimisən.
Deyirlər
Hələ neçə illər
Nurun gələcək.
Yanıb-sönəcəksən
Sən çiçək-çiçək.
Gah bulud tutacaq
Parlaq üzünü.
Gah sənin istini
Mən duyacağam.
Qəribə olsa da,
Yolunun üstündə
Bitən ağacam.
Sənin hənirini
Ruhuma hopduran
Odam, ocağam.
Bir gün itəcəksən
Gözüm önündən.
Mən səni 
Arayıb-axtaracağam.
Kim bilir, bəlkə də,
Ömrüm bitəcək.
Sən mənim əllərimdən
Tutub 
Qaranlıq səmaya, 
Sonsuz göylərə
Aparacağsan...
Bu sirri fəhm etmək,
Anlamaq çətin.
Çünki sən də, mən də
Zərrəsiyik əbədiyyətin,
Bu kainatın.

Комментариев нет:

Отправить комментарий