23.03.2014

Küsmək? Yoxsa Itirmək?

Elmirə İslam

Sizi deyə bilmərəm, amma mən heç görmədim, kim isə, sevmədiyi, dəyər vermədiyi birindən küssün... Küsməkdə bir dəyərdir, insanı dəyərləndirmək, bəyənmədiyi bir şeyin təkrarlanmamasını istəməkdir, bəlkə də könlümü al, məni incitmə deməkdir... Amma bəzən, küsməyin sonu, gedib cıxır, yol ayrıcısına. Küsməyində dəyərdən düşməsinin səbəbini, bu yol ayrıcılarında görürəm. Küsmək dəyərdirsə, qürürünü sindirib, ilk addimi atmaqda dəyərdir. İlk addımı atmaq isə, hamıya aid deyil, atılan ilk addım məsuliyyət tələb edir deyə, bu addımı hamı ata bilmir, qururunu sındırmağda ürək tələb edir, atam balası. Küsməyin ucuzlaşmasınında günahkarı bizik. Doğrudur, sevdiklərimiz bizdən küsdüyü zaman, onların könlünü almaq üçün bəzən gecələrimizi də yuxusuz keçiririk, amma nə fayda?! Zamanla unudulub gedir, küsdüyümüz insan... Küsməydən məhrumam, sanki. Amma yənə də xoşbəxtəm... Küsüb, barışmayan o qədər adamlar gördük ki.... Səbəb isə, qəlblərində kin... Nə yazıq ki, neçə-neçə doğmaları bu şeytani keyfiyyət ayırdı. Təəssuflənməkdən başqa əlacmı var? Mən küsməyi bacarmadığım üçün, bir müddət çox kədərlənmişdim, amma artıq başa düşürəm ki, küsməkdə yaxşı bir keyfiyyət deyil, hec pisdə deyil... Küsdüyünə doğru bir addım atıb, böyüklüyünü göstərmək utanc deyildir, əksinə baş ucalığıdırr! Allahdan başqa kim sabah nə olacağından xəbərdərdardır? Kim əmindirki, aldığı nəfəsi, buraxa biləcək?! Bəlkə də, sabah küsdüyünlə barışmağa gec olacağ? Ölümlərdə cavanlaşıb, küsməklər də(hamı küsməyə məqam axtarır). Zamanı dəyərləndirməyi bacarın ki, zaman sizi məğlubiyyətə uğratmasın. Sevdiklərim yanımdasa, bütün fəsillər, mənə bahardır! Hər şey qədərində gözəldir, dəyərlidir! elə küsmək də. Gəlin küsülü qaldiğımız, sevdiklərimizlə barişıq elan edək! Küsülü qaldığınız, dəyər verdiyiniz insan varsa, Tələsin ki, gecikməyəsiniz! Küsmüsənsə tələs, sonra gecikməyəsən...

Комментариев нет:

Отправить комментарий