29.03.2014

Bəxtiyar Sadıqov "Azərbaycan" qəzetini nurçuların təbliğat dəzgahına çevirib


Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlətin rəsmi mətbu orqanı olan „Azərbaycan” qəzetini faktiki şəkildə „Hizmət”in ölkəmizdəki əsas „beyin mərkəzi” sayılan „Çağ” Öyrətim İşlətmələri şəbəkəsinin təbliğat dəzgahına çevirib.
Azərbaycanın milli təhlükəsizliyindən sorumlu orqanlar qəzetin son üç-dörd (Nə üçün məhz son illər? Buna da aydınlıq gətirəcəyik) illik nömrələrini nəzərdən keçirsələr, adı gedən şəbəkənin müntəzəm, düşünülmüş və kifayət qədər açıq reklamının təşkil olunduğunu aşkar edə bilərlər.
Özü də ölkəiçi təhsil müəssisələrindən adi bir yazı üçün filan qədər „reklam pulu” tələb edən, başsağlığının məbləğini „ceyran belinə” çıxaran qəzet rəhbərliyi bütöv səhifələri nurçulara peşkəş edir. Xeyir ola?! Belə bir səxavət, belə bir comərdlik haradandır?
Yeri gəlmişkən, yaxın günlərdə Mustafa T. imzası ilə Fətullah Gülənə ünvanlanmış məktubda „Hizmət”in „örtülü ödənəyindən” Azərbaycandakı dostlara ayrılmış ianələrin məbləğləri açıqlanırdı. Göstərilmişdi ki, dövlətə aid qurum və quruluşlardakı dostlar üçün aylıq əlavə xərclər üçün – 3 milyon 565 min USD, nüfuzlu şəxslərə təqdim edilmiş hədiyyələr üçün – 732 min USD ayrılmışdır.
Hər nə qədər „nüfuzlu” təsnifatına aidiyyəti var deməyə çətinlik çəkirik, ancaq bir dost kimi Milli Məclisin deputatı, „Azərbycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun ad günündə təşkil edilmiş məclis və hədiyyələrin xərci də, heç şübhəsiz, təqdim olunmuş həmin „qara büdcədən” ödənilib.

Maqsud Səmədzadə       azpolitika.az

Комментариев нет:

Отправить комментарий