Əl-əzhər universitetinin keçmiş rektoru, doktor, şeyx Əhməd Tayyib Misirin Nil televiziyasına verdiyi müsahibə
-Cənab Tayyib,Sizin nəzərinizə görə şiələrin əqidəsində problem varmı?
-Xeyir, onların əqidəsində heç bir problem yoxdur. 50 il bundan qabaq Əl-əzhərin baş müftisi olmuş şeyx Şəltut şiə məzhəbinin İslam məzhəblərinin 5-ci məzhəbi olduğuna dair fətva vermişdir. O vaxtdan şiəlik digər İslam məzhəbləri kimi (hənəfi, hənbəli, maliki, şafei) islam məzhəbi sayılır.
-Son zamanlar ölkəmizdə və digər bölgələrdə kütləvi şəkildə şiə məzhəbinə qoşulanlar var. Hətta Əl-Əzhər universitetinin ustadlarının övladlarından da bu məzhəbi qəbul edənlər var. Buna görə biz nə etməliyik?
-Yaxşı, olsunlar. Bir şəxs əgər hənəfi məzhəbindən maliki məzhəbinə keçərsə, biz ona etiraz edirikmi? Bunlar da dördüncü məzhəbdən beşinci məzhəbə keçiblər və bunun heç bir eybi yoxdur.
-Cənab doktor, şiələrin bizimlə qohum olmasına, qız alıb-verməsinə necə baxırsız?
-Bunun heç bir narahatlığı yoxdur, məzhəblər arasında evlilik azaddır.
-Deyilənə görə şiələrin Quranı əsl Qurandan fərqlidir. Bu haqda nə deyə bilərsiz?
-Bu sözlər qoca arvadların xurafat sözlərindəndir. Şiələrin əlində olan Quranla bizim Quranın heç bir fərqi yoxdur. Hətta heç bir hərfi əskik ya artıq deyildir.
-Səudiyyə Ərəbistanından olan 23 ruhanı alimi (müftilər) şiələrin kafir və rafizi olduğuna dair fətva veriblər.
-Dünya müsəlmanları üçün fətvanı yalnız Əl-əzhər verə bilər. Onların verdiyi fətvaların heç bir əhəmiyyəti yoxdur.
-Bəs şiə və sünnilər arasında olan bu qədər ixtilaflara münasibətiniz necədir?
-Bu ixtilafların yaradılması və alovlandırılması mənfur xarici siyasətçilərin işidir. Onlar müsəlmanları bu yolla zəiflədib tərəqqidən saxlamağa çalışırlar.
-Mənim sizə ciddi bir sualım da var, şiələr Səhabə Əbubəkir və Öməri qəbul etmirlər. Siz bunları necə müsəlman hesab edirsiz?
-Bəli, qəbul etmirlər. Məgər Əbubəkir və Öməri qəbul etmək islam dininin əsaslarındandırmı? Bu usuli-dindəndirmi? Onların məsələsi tarixi bir məsələdir və tarix əqidə əsaslarından deyil.
-Şiələr belə bir iddia edirlər ki, onların 1000 ildən çox yaşı olan İmam Zamanları vardır. Buna münasibətiniz necədir?
-Bəli, mümkündür. Niyə də mümkün olmasın? Amma bizim onların əqidəsində olmağımız üçün dəlilimiz yoxdur. (Əhli-sünnə bu əqidədədir ki, İmam Mehdi doğulacaq).
-Möhtərəm ustad, 8 yaşlı bir uşağın imam olması mümkündürmü?
-Beşikdə bir körpə Peyğəmbər (İsa Peyğəmbər) olursa, 8 yaşlı bir uşağın İmam olması da mümkündür. Ola bilər ki biz Əhli-sünnə olaraq buna etiqadımız olmasın, lakin bu mövzu islama heç bir xələl gətirmir....
Tərcümə: Oktay Muntəzir

Комментариев нет:
Отправить комментарий