30.03.2014

AZƏRBAYCAN KOMMUNİST PARTİYASININ II KONFRANSI KEÇİRİLDİ

30 mart 2014-cü ildə Sov.İKP MK-nın katibi Telman Nurullayevin rəbərlik etdiyi Azərbaycan Kommunist Partiyasının II konfransı keçirilmişdir. Konfransda Sovet İttifaqı Kommunist Partiyasının 35-ci qurultayına hazırlıq, Azərbaycan Kommunist Partiyasının nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, kommunistlərin bələdiyyə çeçkilərində iştirakı və bu mühüm siyasi kampaniyaya hazırlıq və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni tərkibinin seçilməsi məsələləri geniş müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir. Azərbaycanda mövcud olan kommunist partiyaları arasında yaşca ən böyük olan marksist-leninçi Azərbaycan Kommunist Partiyasının II konfransına Sov.İKP-nin və qardaş kommunist partiyaların təbrik məktubları oxunmuşdur.
Konfrans ötən müddətə yekun vurmuş, daxili və beynəlxalq həyatın aktual nəzəri və əməli məsələlərini, kommunist hərəkatının perspektivlərini müzakirə etmiş, Azərbaycan cəmiyyətində partiyanın təşkiledici və tərbiyəedici rolunun artırılması yollarını müəyyən etmişdir. Konfransda gənclər Azərbaycan Kommunist Partiyası sıralarına qəbul edilmiş, qocaman kommunistlər onlara tövsiyələrini vermiş, uğurlar arzulamışdır.

Комментариев нет:

Отправить комментарий