Ədalət Abdinov,
Azərbaycan Kommunist Partiyasının katibi
Sosialist islahatları ictimai həyatın mütərəqi yöndə yenidən qurulmasına səbəb olmuşdu. Tüfeyli təbəqə- burjuaziya ləğv edildi, sovet cəmiyyəti fəhlələrdən, kəndlilərdən, ziyalılardan ibarət oldu və SSRİ xalqlarının sarsılmaz dostluğu yarandı. Ümumxalq demokratiyası meydana gəldi, sovet vətəndaşlarına dövləti və təsərrüfatı idarə etmək imkanı verildi, bununla da dövlətin məcburetmə metoduna tələbat xeyli azaldı. İnandırma və tərbiyəvi təsir getdikcə daha artıq dərəcədə dövlətin əsas metodlarına çevrilmişdi. Xalqın mədəniyyəti ölcüyəgəlməz dərəcədə yüksəlmiş, insanların dünyagörüşü və mənəvi idealları kamilliyə, müdrikliyə dogru dəyişmişdir.
Kapitalizmin bu gün dilənçi halına saldığı fəhlə sinifi sosializmdə istehsalda əsas yer tuturdu, onun zəngin siyasi təcrübəsi, yüksək intizamı və fədakarlığı cəmiyyətdə bu sinifin rəhbər rol oynamasını təmin edirdi. Fəhlə sinifinin yaratdığı kommunistlər partiyası ictimai inkişafı təşkil edir və istiqamətləndirirdi. Sovet fəhləsi dövlət xadimi qədər geniş dünyagörüşə malik idi. Yenilikçi fəhlələr özündə bacarıqlı fəhlənin iş keyfiyyətlərini və yaxşı mühəndisin dərin biliyini ahəngdar surətdə birləşdirirdi. O, istehsal texnologiyasını daim təkmilləşdirir, tərəqqi uğrunda mübarizə aparırdı.Fəhlə sinifi özü üçün heç bir xüsusi imtiyaz yaratmamış, onun rəhbərliyi yüksək siyasi və mənəvi nüfuza əsaslanırdı. Vaxtilə mənfur kapitalizmin vəhşi caynağında boğulan məzlum kəndlilərin siması sovet cəmiyyətində xoş bir təbəssümlə tamamilə dəyişmişdi. Kolxozçular kollektiv əməyə, elmi-texniki nailiyyətlərə əsaslanan iri sosialist təsərrüfatında işləyir, yaxşı gün-güzəranlarından razılıq edirdilər. Maddi istehsalatda, elm, texnika və mədəniyyət sahəsində, səhiyyə ocaqlarında, dövlət və ictimai idarələrdə çalışan ixtisaslı mütəxəssislər – ziyalılar mülkiyyətçilik əhval-ruhiyyəsini qətiyyətlə rədd edir, ümumi mənafe naminə vicdanla çalışırdılar. Maddi rifahı və mövqeyi fəhlələrin, kəndlilərin və ziyalıların sinifi mənsubiyyətindən deyil, şəxsi əməyindən, qabiliyyətindən və biliyindən asılı idi. Yeri gəlmişkən, indiki kapitalizmin işçinin üstündə ağalıq iddiasından fərqli olaraq, sosializmdə inzibati – idarə aparatının ixtisarına üstünlük verilirdi.
Fəhlələr, kəndlilər və ziyalılar sırasına mənsubiyyət siyasi və mədəniyyət sahəsində heç bir imtiyazla əlaqədar deyildi. Sovet vətəndaşları hansı sinifə və ya təbəqəyə mənsub olmasından asılı olmayaraq, dövləti idarə etməkdə hüquqca bərabər idilər. Zəhmətkeşlər cəmiyyəti olduğuna və daxilində siniflər arasında mübarizə olmadığına görə sovet sosialist cəmiyyəti möhkəm və davamlı idi. Qüdrətli sovet xalqının möhkəm ictimai-siyasi və ideya birliyi yaranmışdı.
Sovet Ittifaqı dünyanın ən çoxmillətli ölkəsi idi, ərazisində 120-dən artıq millət və milliyyət yaşayırdı. Millətlər bir ərazidə yaşayan, bir dildə danışan vahid mədəniyyət ünsürlərinə malik olan xalqlardan təşəkkül tapmışdı. Istehsalın inkişaf etməsi, bir və ya bir neçə yaxın xalqın nümayəndələri arasında iqtisadi əlaqə yaradılması əsasında iqtisadi həyat birliyi əmələ gəlirdi, millət yaranırdı. Millət insanların dil, ərazi, iqtisadi həyat və mədəniyyət ümumiliyinə əsaslanan sabit birliyinə çevrilirdi. Hər millətə öz müqəddaratını istədiyi kimi təyin etmək hüququ verilmişdi ki, bu da onlar arasında etimada səbəb olmuşdu. Geridə qalmış xalqların dirçılişi təmin edildi. Ötən əsrin 60-cı illərinə qədər sovet ölkəsində təqribən 50 xalq öz əlifbasını yaratdı, məktəblərdə dərslər ölkənin 65 millətinin və xalqının dilində keçirilirdi. Sosializm milli zülmü ləğv etdiyinə və keçmişdə geri qalmış xalqları tərəqqiyə çatdırdığına görə, tək elə buna görə bəşəriyyət sosializmin ədalətliliyi və insanpərvərliyi qarşısında pərəstiş etməlidir. Bəli, sovet qurluşu dünyada ən yaxşı quruluş idi.
SSRİ federativ dövlət idi. Taleyi, məqsədi bir olan millət və xalqlar vahid sosialist ailəsində birləşmişdi. Sovet Federasiyası hər bir milli dövlətin hüquülarını, suverenliyini ümumittifaq mənafeyi ilə, bütün xalqın mənafeyi ilə ahəngdar surətdə əlaqələndirməyə imkan verirdi. Vahid vətəndaşlıq, vahid büdcə, vahid pul sistemi, vahid Silahlı Qüvvələr var idi. Bütün bunlarla yanaşı, hər bir müttəfiq respublikanın öz konstitusiyası vardı. Bəzi müttəfiq respublikaların ərazisində bir çox millətlər yaşayırdı. Hər hansı kiçik millət və ya xalq az-çox yığcam qrup halında yaşayırdısasa onun dövlət quruluşu muxtar respublika, muxtar vilayət və ya milli mahal formasını alırdı. Bunların da öz hakimiyyət orqanları, öz Konstitusiyası vardı. SSRİ xalqlarının dostluğu sosializmin qüvvət və yenilməzliyinin mənbəyi idi.
İstismarçı sinifi ləğv etmiş, onun müqavimətini tam qırmış sovet dövləti öhdəsinə götürdüyü təsərrüfat – təşkilatçılıq vəzifəsini müvəffəqiyyətlə yerinə yetirirdi. Bu dövlət istehsal vasitələrinin kollektiv mülkiyyətçisi idi. O, xalq təsərrüfatının bütün sahələrinin planauyğun inkişafını qaydaya salmış, adamların əməyini təşkil etmiş, onların rifahını yaxşılaşdırmaq qayğısına qalmışdır. Sovet dövlətinin mədəni-tərbiyəvi vəzifəsi onun təsərrüfat-təşkilatçılıq vəzifəsi ilə sıx bağlı idi. Eyni zamanda dövlət xalqın mənəvi tələbatının ödənilməsini yüksək səviyyədə təşkil edirdi.
Sovet dövləti dünyada sülhü möhkəmlətmək uğrunda daim mübarizə aparırdı. Sosialist ölkələri ilə əməkdaşlığı möhkəmləndirir, xalqların milli-azadlıq mübarizəsinə kömək edirdi. İctimai-siyasi qurluşundan asılı olmayaraq bütün olkələrlə iqtisadi-mədəni əlaqələri genişləndirirdi. Bu dövlət xalqa arxalanan, xalqın xeyrinə iş görən və bilavasitə xalqın iştirakı ilə fəaliyyət göstərən siyasi təşkilat idi. Sosializmdə demokratiya onun həqiqi mənasını verirdi, dövləti əsil xalq hakimiyyəti vasitəsinə çevirmişdi. SSRİ-də bütün hakimiyyət zəhmətkeşlərin səlahiyyətli orqanları olan zəhmətkeş deputatları Sovetlərinin timsalında zəhmətkeşlərə məxsus idi. Sovetlər nümayəndəli, səmərəli işləyən və tam hakimiyyətli orqan idi. Demokratik seçki sistemi Sovetlərdə xalq mənafeyinin tamamilə təmsil olumasını təmin edirdi. Seçki sistemində demokratizmin əsas əlaməti seçkilərin ümumi xarakter daşımasından əlavə seçki hüququ bərabər və müstəqim idi.
SSRİ-nin ali dövlət hakimiyyəti orqanı SSRİ Ali Soveti idi. O, ümumi, bərabər və müstəqim seçki hüququ əsasında, gizli səsvermə yolu ilə SSRİ vətəndaşları tərəfindən dörd il müddətinə seçilirdi. SSRİ Ali Soveti iki palatadan: İttifaq Soveti və Millətlər Sovetindən ibarət idi. Qanun o zaman təsdiq edilmiş sayılırdı ki, hər iki palata onu qəbul etmiş olsun. Dövləti yuxarıdan idarə etmək sahəsində daimi cari işlərlə məşğul olmaqdan ötrü hər iki palata Ali Sovetin hər çağırışının birinci sessiyasının birgə iclasında SSRİ Ali Sovetinin Rəyasət Heyətini seçirdi.Yeri gəlmişkən, sovet dönəmində deputatlar ictimai əsaslarla fəaliyyət göstərirdilər. İndiki kapitalizm şəraitində isə seçki adı ilə deputatlar mafioz qruplardan təyin olunur və onlara sanballı məbləğdə maaş verilir. Gördükləri iş də göz qabağındadır.
İttifaq Soveti ilə Millətlər Sovetinin birgə iclasında SSRİ Nazirlər Soveti – Sovet İttifaqı hökuməti təşkil edilirdi. SSRİ Nazirlər Soveti sözün əsil mənasında iqtisadiyyat və mədəniyyətin inkişafını idarə edir, dövlət büdcəsinin icrasını təşkil edir, SSRİ Ali Sovetinin qanunlarını həyata keçirir, ictimai qayda-qanunu təmin edir, dövlətin mənafeyini və vətəndaşların hüquqlarını qoruyurdu. Xalqın inandığı SSRİ Nazirlər Soveti Sovet İttifaqının ali icraedici və sərəncamverici dövlət hakimiyyəti orqanı idi.
Müttəfiq respublikada ali hakimiyyət orqanı Ali Sovet idi. Ali Sovet birpalatalı olması ilə SSRİ Ali Sovetindən qurluşca fərqlənirdi. Muxtar respublikanın ali dövlət hakimiyyəti orqanı muxtar respublikanın Ali Sovetindən ibarət idi. Ölkə, vilayət, muxtar vilayət, mahal, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları Sovetləri iki il müddətinə seçilirdilər. Yerli Sovetlər icraedici və sərəncamverici orqanlar olan icraiyyə komitələrini seçirdilər.
Sovet vətəndaşı bütün həyatı boyu cəmiyyətin ona göstərdiyi qayğını əks etdirən geniş ictimai hüquqlardan istifadə edirdi. İnsanların pulsuz təhsil, səhiyyə, əmək və istirahət hüququ təmin edilirdi. Qocalığa və xəstəliyə görə maddi təminat hüququ həyata keçirilirdi. Sovet adamları ictimai hüquqlarla yanaşı geniş siyasi hüquqlara və ya azadlıqlara: söz, mətbuat, ittifaq,yığıncaq, mitinq, nümayiş azadlığına malik idilər. Siyasi azadlıqlar nəinki qanunda nəzərdə tutulur, həm də maddi vəsaitlə təmin edilirdi. Sovet mətbuatında müharibə və mənəvi pozğunluğun təbliği qadağan idi. Siyasi azadlıqlarda bu cür məhdudiyyəti xalq bəyənirdi. Dövlət öz vətəndaşları üzərinə vicdanla işləmək, sosialist mülkiyyətini qorumaq və möhkəmləndirmək vəzifəsini qoyurdu. Sovet vətəndaşları dövlət qanunlarına ciddi əməl etməyə, sosialist birgəyaşayışı normalarının tələb etdiyi tərzdə davranmağa borclu idilər.
Zəhmətkeşlərin ictimai təşkilatları onların fəallığını artırır, insanlarda kollektivçilik vərdişlərinin və təşkilatçılıq qabiliyyətinin yaranmasına və aşkara çıxmasına kömək edirdi. Həmin dövrün həmkarlar təşkilatları da belə nüfuzlu təşkilatlardan biri idi. V.İ.Lenin həmkarlar ittifaqlarını adamlara tərbiyə və təlim verən, zəhmətkeşləri istehsalatın idarə olunmasına cəlb edən bir təşkilat, təsərrüfatçılıq məktəbi, kommunizm məktəbi hesab edirdi. Sovet dönəmində həmkarlar ittifaqının yerli komitəsinin müdiriyyətlə kollektiv müqavilə bağlamaq, müəssisənin istehsal planının işlənib hazırlanmasında iştirak etmək, təsərrüfat fəaliyyəti haqqında müəssisə rəhbərinin məlumatını dinləmək, lazım gəldikdə səhlənkar müdirin dəyişdirilməsi və ya intizam məsuliyyətinə cəlb olunması məsələsini yuxarı təşkilatlar qarşısında qoymaq hüququ vardı. Sovet həmkarlar ittifaqının burjua həmkarlar ittifaqından digər üstün cəhətləri də var. Sosializm yarışını, kommunist əməyi zərbəçiləri və briqadaları hərəkatını təşkil edir, işçilərin ixtisasının artırılması qayğısına qalır, onlara pulsuz mənzillər verirdi. Bütün sağlamlıq ocaqları, sanatoriyalar, istirahət evləri, turist bazaları və s. şəbəkəsi həmkarlar ittifaqlarının ixtiyarında idi. Həmkarlar ittifaqlarının dövlət və kooperativ ticarətinə, ictimai iaşəyə, məişət xidmətinə nəzarət etmək hüququ vardı. Lazımi hallarda həmkarlar ittifaqları öz üzvlərinə maddi yardım göstərirdi.
Sovet gəncləri ömürlərinin ən yaxşı dövrünün on ildən artıq bir hissəsini Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının sıralarında keçirirdilər. Komsomolçular hər yerdə təşəbbüs və fəallıq göstərirdilər. Partiyalı təşkilat olmasa da komsomol Sovet İttifaqı Kommunist Partiyasının köməkçisi və ehtiyat qüvvəsi idi.
Sosializmdə kolxoz tək təsərrüfat təşkilatı deyil, həm də kəndlilərin ictimai təşkilatı idi. Kolxoz kooperativ - yəni kollektiv istehsal və ictimai özünüidarə əsasında kəndlilərin könüllü yoldaşlıq birliyi idi. İstehsal ilə yanaşı, onlar kənd və obaların abadlaşdırılması və tikilməsi, körpələr evi – uşaq bağçaları, məktəblər, xəstəxanalar, klublar, kitabxanalar tikilməsi məsələlərini müstəqil surətdə həll edirdilər. Kolxozun işlərinə kollektiv rəhbərlik prinsipi, kolxoz demokratiyasının genişləndirilməsi kolxozun daxilində münasibətlərin təkmilləşdirilməsində böyük rol oynayırdı. Torpaqdan kollektiv surətdə istifadə edilməsi misilsiz əhəmiyyət kəsb edirdi.
SSRI-də istehlak kooperasiyası vardı, onlar kənddə ticarəti təkmilləşdirir, kənd təsərrüfatı məhsulları qalıqlarının satılmasını təşkil edir, əhaliyə xidmət edirdilər.
Bəs, bu mənfur kapitalizm xalqa nə verir? Məhşur ingilis yazıçısı Ceyms Oldricin dediyi kimi, kapitalizm bəşəriyyət qarşısında heç bir perspektiv yol aça bilməz, ictimai sistemlər haqqında insanlara düzgün nəzəriyyə verə bilməz. Ona görə də bu anormal sistemə qarşı ardıcıl, prinsipial mübarizə aparılmalıdır. Kommunist ideologiyası ilə burjua ideologiyası dinc yanaşı yaşaya bilməz. Kommunist ideologiyası xalqın mənafeyinə tam uyğun olduğuna görə ideoloji mübarizədə həmişə qalib olmuşdur. Çünki sosializm xalqa fərəh, kapitalizm isə kədər verir.

Комментариев нет:
Отправить комментарий