Bəsdi duz tökdün, ey afət ürəyin yarəsinə,
Bəlkə sən ərz edəsən yarəmin ol çarəsi nə?
Bəlkə səndən çox uzaqlarda qalan gözlərimin,
Yaşi sənsən ki, gəlirsən gözümün qarəsinə.
Ey təbib etmə dəva dərdimə, əl çək, çıx get,
Yar edə vəsl ilə illac bu biçarəsinə.
Qeysi məşhur eləyən aləmə sadiqliyidir,
Eşq ola daima eşq mülkünün avarəsinə.
Saleha, cəm ola aşiqlərin hər gün başıva,
Ağlasın hər birisi qəlbinin hər parəsinə.

Комментариев нет:
Отправить комментарий