27.03.2014

Qafar Şövqi - Yaxın keçmişimin uzaq adamı

Düşmən sevindi ki, sevənlər oldu,
Ayrı xanələrdə iki zər kimi.
Ayrıldıq, sevgimiz ortada qaldı.
Atalı-analı yetimlər kimi.

Mən sənə sevgimi göstərdim deyə,
Sən də öz sevgini göstərdin mələk.
Canı işləməkdən çıxan fəhləyə,
Yarımçıq verilən əmək haqqı tək.

Şübhələr, suallar içində səni,
İtirdim, görəsən gördümü hamı?
İtirdim xəyallar içində səni.
Yaxın keçmişimin uzaq adamı.


Ürəkdən etdiyim söhbətə baxın.
Ona ürək dedim, verdi mənə qəm.
İndi ürəyimə, dəhşətə baxın.
Ürəyim deməyə ürək etmirəm.

Комментариев нет:

Отправить комментарий