Ocağım, odum ayrıdı.
Daddım pis gəldi, dünyanı,
Mənim ağız dadım ayrıdı!
Ölüb gedən hər bir anın,
Ləpiri, izi görünür.
Çəkin pərdəsin dünyanın,
Yoxsa iç üzü görünür.
Qorx ki elə o dünyada,
Şeytan yerin dar edəcək.
Çəkilin durun uzaqda,
Qollarım qırıldı düşdü,
Tutub bağlayan olmadı.
Öldüm mən, beləcə öldüm,
Di gəl ağlayan olmadı..
Bu eşqimə, bu sevdama.
Əridim tək dama-dama.
Sığındım bir uçuq dama,
Gəlib yoxlayan olmadı...
Atam oğlu çap atını,
Aç həyatın iç qatını.
Bu dünyanın saatını,
Tutub saxlayan olmadı..
Götür məni səssizliyə
Qəlbimi ovsunla mənim,
Baxma məndə bu tərsliyə.
Nə eyləsən eylə təki,
Götür məni səssizliyə.
Qopmamış dırnağım ətdən.
Sən allah məni zülmətdən..
Bu şəhərdən, bax bu kənddən,
Götür məni səssizliyə.
Gözlərim dolmamış apar.
Saçımı yolmamış apar.
Üzü bəri gələn çapar,
Götür məni səssizliyə.
Örtməmiş yolumu duman.
Qalmadı nə ümid, guman
Məndən küsən, məndən uman,
Götür məni səssizliyə.
Bura yaddır mən naşıyam.
Daha bəsdir dərd daşıyam.
İstəyirəm tək yaşiyam,
Götür məni səssizliyə.
Комментариев нет:
Отправить комментарий