24.03.2014

Tural Sahab - Ağlımızdakı sorularla

Dünyada kimsə, kiminsə
Ya qızı, ya da qızıdır
Dünya tanrının sazıdır
Gəlir səslər başımıza

Axır neftimiz borularla
Ağlımızdakı sorularla
Haçansa o, da yorularsa
Qalacağıq boş başımızla

Rəngli mavi kişiciklər
Alçaqlar at kimi kişnər
Düzələn deyil bu işlər
Olur küllər başımıza

Комментариев нет:

Отправить комментарий