27.03.2014

Məcburi köçkün övladları hərbiyə deyil, biznesə maraq göstərirlər - baş nazirin müavini

"Məcburi köçkün övladları hərbiyə deyil, biznes sahəsinə maraq göstərirlər"

SalamNews xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov işğal olunmuş rayonların ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşündə deyib.
O bildirib ki, biznes bu gün var, sabah yoxdur. Araşdırsaq ən yaxşı sahələr içində hərb daha yaxşıdır: “Azərbaycanin bir nömrəli problemi var. Bu, işğal olunmuş torpaqların azad olunmasıdır. Hərbi vətəbpərvərlik ruhu uşaq baxçasından öyrədilməlidir. Bu gün övladlarımızda vətənpərvərlik hissini gücləndirib orduya göndərməliyik. Biznes sahəsindən ayrılmaq lazımdır. Bu sahə çox ağır sahədir. Bundansa gənclərimiz daha çox orduya meyillənməlidirlər". /birlik.az/

Комментариев нет:

Отправить комментарий