Avropa İttifaqının rəhbərliyi xırda ölkələri əzməklə transnasional giqantların maraqlarını müdafiə edir, həm də “Vaşinqton obkomunun” işarəsi ilə oturub durur. Avropa İttifaqından fərqli olaraq Avrasiya İqtisadi Birliyində isə mərkəzi ölkə giqant Rusiyadır ki, tükənməz təbii resurslara və nəhəng bazara malikdir. Bu sərvət təkcə ərtaf ölkələrə- keçmiş Sovet respublikalarına deyil, çoxlarına çatar.
Hələlik Avrasiya Birliyinə inteqrasiya sırf iqtisadi xarakter daşıyır, yəni müstəqilliyin məhdudlaşdırılması ilə bağlı üzv ölkələrdən heç nə tələb olunmur. Amma bu müvəqqəti yanaşmadır. Qərbin siyasi təsiri zəiflədikcə həmin ölkələrin rəhbərlikləri anlayacaqlar ki, onların Qərbin “proqressiv bəşəriyyəti” ilə ekstazda qaynayıb qarışmaq arzusu puç olmuşdur, sanki kart evi kimi dağılmışdır. Və öz qiymətli dallarını qoruyub saxlamaq üçün ciddi və siyasi şəkildə Sovet İttifaqının parçaları ilə yenidən birləşməyi lazım biləcəklər.
Əlbəttə ki, bu SSRİ 2.0 olmayacaq! Qarşıya qoyulmuş məqsəd o deyil ki, keçmiş bərpa olunsun – məqsəd odur ki, gələcək qurulsun. Elə bir ölkə yaradılsın ki, deqredasiyaya deyil inkişafa, rəqibliyə deyil əməkdaşlığa yönəlsin və öz səlahiyyətlərinin bir hissəsindən ümumi güzaranın yaxşılaşdırılması və xalqların firavanlığı naminə imtina etməyə hazır olan ölkələr üçün qonaqpərvər olsun.
Aleksandr Krasnoqorski, “Güzəran və dolanışıq naminə müstəqillikdən imtina ediləcək”
Комментариев нет:
Отправить комментарий