Ədəbiyyatın vəzifələri -3
Daha asanlıqla ədəbiyyatın vəzifəsi haqqında bəhs etmək mümkün deyildir. Daha asanlıqla ədəbiyyatı hakimiyyətdə olan dairələrin əlində ideoloji informasiya vasitəsi hesab etmək və yazıçıdan öz yaradıcılığını konkret ideologiyanı təbliğ etməsini gözləmək mümkün deyildir. Yalnız ictimai məsələləri qabartmaq daha yazıçının vəzifəsi hesab olunmur. Yazıçı yalnız psixoloq və ya əxlaq bilicisi vəzifəsini də öhdəsinə götürməyə borclu deyildir. Yazıçı tarixçi olmağa borclu deyildir. Yazıçı siyaqsi tənqidçi və ya siyasətçi kimi çıxış etməyə borclu deyildir. Həmçinin yazıçı yalnız özünə qapılaraq ətraf aləmdən özünü tədric etməməlidir. Ədəbiyyatın vəzifəsi hər işdə öndə olmaq və yeniləşmədən ibarətdir. Ədəbiyyat təbiəti etibarilə tənqidi mahiyyətə malikdir. Yazıçı labüd olaraq dünyada hər bir şeyə tənqidi nöqteyi –nəzərdən yanaşır. O, öz dövrünün məlumatlı və hər şeydən xəbərdar mənbəyidi . Amma bu məlumatın ötürülməsi birbaşa və vasitəsiz həyata keçirilmir. Yazıçı hərçən həqiqəti söyləməkdə iddialıdır, bununla belə məlumatı yaradıcı şəkildə təsvir edərək onu oxucuya çatdırmağa səy göstərir. Ədəbiyyatın belə bir şəraitdə vəzifəsi yeniləşməsindədir. Yeni yaranan ədəbiyyat siyasi – ictimai tənqiddən tutmuş tarixin əks olunmasına qədər hər şeyi özü ilə daşımış olur. Heç kəsə bağlılığı olmayan bir yazıçı hər hansı mövzunu yazarkən, termin, söz, təsvir, rəng və işıq dünyasını əsərində yaradarkən, müəyyən dəlilləri bir –birinin ardınca gətirərkən, yazısını üfüqi və şaquli şəkildə doldurarkən onun vəzifəsi təkcə bu mətni artırmaqdan ibarət deyil və bu halda digər vəzifələri də öhdəsinə götürmüş olur. Bəzən məcbur olur ki, yaşadığı dövrün tarixini yazsın, bəzən də cəmiyyətin məsələlərini qabartmaq məcburiyyətində qalır. Bəzi hallarda ayrı-ayrı şəxsiyyətlərin daxil aləmini dərk etməyə və bu əsasda məsələnin psixoloji aspektini təhlil etməyə səy göstərir. Bəzən də bizi arxayın etmək və daxilimizdəki ümidsizliyi aradan qaldırmağa çalışır. Bəzən siyasi ədəbiyyat anlamına da gəlir, bəzən də xarici xəstə dünyadan təcrid olaraq düşüncə dincliyi üçün kiçik bir çıxış yolu rolunu oynayır. Bəzi hallarda bizi kəhkəşanlara doğru aparır, bəzən də elmi proqnozlar verir. Bəzən də düşüncəmizi metafizikaya və ilahi mövzulara sarı cəlb edir. Arada diqqətimizi dünyanın faniliyinə və ölümün labüd olmasına da cəlb edir.
Комментариев нет:
Отправить комментарий