30.07.2011

AZƏRBAYCANDA DONDURMA YEMƏK TƏHLÜKƏLİDİR!


Genosid davam edir!

Gecə-gündüz televiziyada reklam olunan firmanın dondurmalarında bakteriya aşkar olundu


İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "AER" firmasına məxsus anbarda olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərib.
Müayinələr nəticəsində müəssisədə istehsal edilən "Nağıl", "Zimuşka Zima", "Plombir spark", "Plombir", "Bir cənub şəhərində", "Royal", "Plombir fındıqlı", "Yasif", "Venera", "Cornello", "Futik", "Lyubimım", "Eskimo Maqnuliya" və "Nyu-York" adlı dondurmalarda təhlükəli bakteriayaların olduğu aşkar edilib.
Nəticədə 4.555 kiloqram dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti "AER" firmasına icrası məcburi göstəriş verib.

Комментариев нет:

Отправить комментарий