24.07.2011

Lerik rayonunda qədim yaşayış kompleksi tapılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun “Cənubi-Şərqi Azərbaycanın arxeoloji tədqiqi” arxeoloji ekspedisiyası Lerik rayonu ərazisində qədim tarixə malik maddi-mədəniyyət nümunələri tapıb. Bu barədə məlumat verən ekspedisiyanın rəisi Abuzər Ələkbərov tədqiqat işlərinin rayonun Çayrud kəndi ərazisində aparıldığını və burada qədim yaşayış kompleksinin aşkarlandığını bildirib. A.Ələkbərov həmin yaşayış kompleksinin dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşdiyini, əsasən VII-VIII əsrləri - ərəb istilaları dövrünü və ondan sonrakı XIII-XIV əsrlərə qədərki dövrü əhatə etdiyini söyləyib: «Aşkarlanmış təndirlər, ocaqlar, keramika nümunələri, küplər yaşayış kompleksinin qədimliyindən xəbər verir». Ekspedisiya rəhbəri tədqiqat işlərinin rayonun Mistan, Mastayıl, Veri, Coni və digər kəndlərində də davam etdiriləcəyini söyləyib.

APA

Комментариев нет:

Отправить комментарий