Redaksiyamızın poçtundan
Rayon təhsilinin uğurlarında Ədalət Əsgərovun rolu böyükdür
Rayon təhsilinin uğurlarında Ədalət Əsgərovun rolu böyükdür
Son zamanlar respublikamızda təhsil sahəsinə göstərilən diqqət və qayğı, qazanılan uğurlar göz qabağındadır. Əldə olunan nailiyyətlər ölkəmizdə təhsilin inkişafından xəbər verməklə görülən işlərin effektiv olduğunu diqqətlərə çatdırır. Qazanılan uğurlarda rayon Təhsil Şöbələrinin də payı var. Bu mənada adı çəkilməsi vacib olan rayonlardan biri də Cəlilabad rayonudur.
Belə ki bizim rayonun təhsil göstəriciləri heç də zəif deyil, əksinə bəzi rayonlarla müqayisədə çox güclü təsir bağışlayır. Cəlilabad təhsilinin qazandığı uğurların zirvəsində təhsil şöbəsi müdiri Ədalət Əsgərovun üzərinə böyük yük düşür. Bu adam öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməkdədir. Məhz Ədalət müəllimin yüksək intellektuallğı, təşkilatçılıq bacarığı və peşəkarlığı sayəsində rayonumuz təhsil sahəsində lazımi zirvələrə doğru irəliləməkdədir. Bunun məntiqi nəticəsi kimi qazanılan uğurlara nəzər salmaq kifayətdir. Rayonumuzun məktəblərini bitirən məzunların əksəriyyəti republikanın ayrı-ayrı dövlət və özəl universitetlərinə daxil olmuş, o cümlədən rayon məktəblərinin yuxarı sinif şagirdləri müxtəlif respublika əhəmiyyətli fənn olimpiadalarında iştirak etməklə fərqlənmişlər. Şəxsən mənim üç nəvəm son bir neçə ildə ali və özəl məktəblərə öz savadları ilə daxil olmuşlar. Rayonun kənd məktəblərində görülən işlər, yaradılmış ab-hava da ölkəmizin digər rayonları ilə müqayisədə çox gözəl təsir bağışlayır.
Məhz insanların psixologiyasını gözəl bilən Ədalət Əsgərovun rəhbərliyi sayəsində rayon müəllimləri ruh yüksəkliyi ilə şagirdlərə elm öyrətməklə, bu çətin zamanda müəllim adını doğrultmaqdadırlar. Həm də o, tək-tük məmurlardandır ki, şikayətçiləri şəxsən özü qarşılayaraq diqqətlə dinləyir, problemin yerindəcə həll olmasına çalışır. Rayonumuzdakı idarə və müəssisə rəhbərləri əhalini məsul işçi və yaxud da müavin səviyyəsində qarşılasalar da, Ədalət müəllim şəxsən fərdi səviyyədə reaksiya verir və bu da insanlarımızda ona qarşı qarşılıqlı inam yaradır. Pedaqoqlar arasında mehribançılıq, qarşılıqlı anlaşma və prinspiallıq yaradılması da rayon Təhsil Şöbəsi müdirinin gördüyü müsbət işlər sırasındadır.
Buna baxmayaraq bəzi qara qüvvələr Cəlilabad rayon təhsil sistemində qazanılan uğurlara göz yumaraq Ədalət Əsgərov əleyhinə müxalifət qəzetlərində provokasiya xarakterli yazılar dərc etməklə görülən və qazanılan uğurlara kölgə salmaq fikrindədirlər. Çox təəssüf ki, Ədalət Əsgərovun rayon təhsilində apardığı uğurlu işlər respublikanın bəzi qərəzli müxalifətçilərinin anlaşılmaz mövqeyinə tuş gəlir. Təbii ki bu kimi insanlar tək Ədalət müəllimi deyil, ölkə rəhbəri İlham Əliyevin apardığı siyasəti də kölgə altına salır və qaralayır. Onu da qeyd edim ki, yalan nə qədər güclü olur-olsun, həmişə doğru qarşısında daim boynu bükük dayanıb. Bu gün görünən reallıq odur ki, Ədalət Əsgərov başını aşağı salıb öz işi ilə məşğuldur və bu şərəfli peşənin öhdəsindən layiqincə gəlir. Ümid edirik ki, bütün çətinliklərə və maneələrə baxmayaraq, qazanılan nailiyyətlər axarlı olaraq davam edəcəkdir.
Bayramov Ağalar İsa oğlu, Cəlilabad rayon sakini
Комментариев нет:
Отправить комментарий