- Özünüzü 2 sözlə təqdim edin.
- Yazıçı-publisist.
- Yazıçı-publisist.
- Sizi necə təqdim edəndə razı qalırsınız?
-Hacı.
-Hacı.
“Mən kiməm?” sualına necə cavab verirsiniz?
-Allahın bəndəsi.
-Allahın bəndəsi.
- Dost…
-İnsanların eşqsiz və qohumluq əlaqələri olmadan, amma ünsiyyətdən, onun üçün nəsə etməkdən və ona çox şeyi etibar eləməkdən məmnun qaldıqları tərəfdaşı.
-İnsanların eşqsiz və qohumluq əlaqələri olmadan, amma ünsiyyətdən, onun üçün nəsə etməkdən və ona çox şeyi etibar eləməkdən məmnun qaldıqları tərəfdaşı.
- İlk sevginiz?
-Ağlatma görək! Heç unutmadım ki! Dünən qədər yaxın.
-Ağlatma görək! Heç unutmadım ki! Dünən qədər yaxın.
- Əsas ixtisasınız?
-Mədəni-maarif işçisi, klub işinin təşkilatçı metodisti.
-Mədəni-maarif işçisi, klub işinin təşkilatçı metodisti.
- İstifadə etdiyiniz nəqliyyat növü?
-“Moskviç-2141”.
-“Moskviç-2141”.
- Sevdiyiniz maşın markası?
- BMW.
- BMW.
- Sevdiyiniz brend?
-“Pier Karden”.
-“Pier Karden”.
- Sevdiyiniz saç düzümü?
- Farmazon deyiləm.
- Farmazon deyiləm.
- Sevdiyiniz rəng?
- Yaşıl.
- Yaşıl.
- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
-Türkiyə,.. gözəlim Lənkəran!
-Türkiyə,.. gözəlim Lənkəran!
- Sevdiyiniz yemək?
- Milli mətbəximizdə sevmədiyim yemək yoxdur ki! Ləvəngili cücə-kabab, can ətinin döymə kababı, çığırtma-plov, turşkabab-plov…
- Milli mətbəximizdə sevmədiyim yemək yoxdur ki! Ləvəngili cücə-kabab, can ətinin döymə kababı, çığırtma-plov, turşkabab-plov…
- Ən çox istifadə etdiyiniz söz?
- İnşallah!
- İnşallah!
- Leksikologiyanıza yad olan söz?- Müasir alınma türk və ingilis sözləri.
- Sizi nə həyacanlandıra bilər?
-İlahi hikmətlərin nədəsə təcəlləsi və gözəllik!
-İlahi hikmətlərin nədəsə təcəlləsi və gözəllik!
- Ən çox sevdiyiniz kitab?
-Qurani-Kərim!
-Qurani-Kərim!
- Ən çox sevdiyiniz yazar?
- Orxan Kamal.
- Orxan Kamal.
- Ən çox bəyəndiyiniz ifaçı?
-Alim Qasımov!
-Alim Qasımov!
- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Muğam.
- Muğam.
- Özünüzdə qeyri adi istedad hiss edirsizmi?
- Etiraf etsəm qeyri-təvazökarlıq olacaq, etməsəm yalan.
- Etiraf etsəm qeyri-təvazökarlıq olacaq, etməsəm yalan.
- Mənfi xüsusiyyətiniz?
- Sadəlik.
- Sadəlik.
- İdeal insan necə olmalıdır?
-İdeal insan 14 məsum kimi olmalıdır.
-İdeal insan 14 məsum kimi olmalıdır.
- Özünüzü ideal insan hesab edirsizmi?
-Təəssüf ki, müasir həyatın sərt reallıqları qarşısında 15-ci məsum olmaq mümkün deyil.
-Təəssüf ki, müasir həyatın sərt reallıqları qarşısında 15-ci məsum olmaq mümkün deyil.
- Sizi özünüzdən nə çıxarda bilər?
- Ağ yalan, iftira və həyasızlıq!
- Ağ yalan, iftira və həyasızlıq!
- Həyat fəlsəfənizi ifadə edin?
- Müdrikliyə doğru uzun və çətin bir yolun yolçusu olmaq.
- Müdrikliyə doğru uzun və çətin bir yolun yolçusu olmaq.
- Siz xoşbəxtsinizmi?
- Adi vəziyyətdə və hələ nəyisə itirmədən əslində çoxları xoşbəxtdir.
- Adi vəziyyətdə və hələ nəyisə itirmədən əslində çoxları xoşbəxtdir.
- Bədbəxtliyin xüsusi düsturu varmı?
-Bu insanın öz düşüncəsinin məhsuludur. Dərinə getdikdə nə xoşbəxtlik var, nə də bədbəxtlik.
-Bu insanın öz düşüncəsinin məhsuludur. Dərinə getdikdə nə xoşbəxtlik var, nə də bədbəxtlik.
- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Mən böyük həcmli “Son və başlanğıc” romanının müəllifiyəm.
- Mən böyük həcmli “Son və başlanğıc” romanının müəllifiyəm.
- Ölüm niyə ölmür?
- Əslində ölüm anlayışı bir məkanda bitib, başqa bir məkana keçidi ifadə edir.
- Əslində ölüm anlayışı bir məkanda bitib, başqa bir məkana keçidi ifadə edir.
- Dinlərə münasibətiniz?
- Mömin müsəlmanam, hacıyam!
- Mömin müsəlmanam, hacıyam!
- Kimdən və nədən xilas olmaq istərdiniz?
-Məkri zənəndən və pulsuzluqdan.
-Məkri zənəndən və pulsuzluqdan.
- Falçıya inanırsızmı?
-Peşəkarlara və qismən.
-Peşəkarlara və qismən.
- Daş olmaq yaxşıdır yoxsa daşlaşmaq?
- Baş yarmaq, ayağa ilişmək və arxasıyca atıldıqda bədlik gətirmək xüsusiyyətlərinə görə daş olmaq pisdir, bütpərəstlik sayılacağı üçün isə daşlaşıb abidəyə çevrilmək arzuedilən deyil.
- Baş yarmaq, ayağa ilişmək və arxasıyca atıldıqda bədlik gətirmək xüsusiyyətlərinə görə daş olmaq pisdir, bütpərəstlik sayılacağı üçün isə daşlaşıb abidəyə çevrilmək arzuedilən deyil.
- Sevinciniz nə qədərdi?
- Bir anlıq.
- Bir anlıq.
- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- İmanına və istedadına.
- İmanına və istedadına.
- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Bir lənkəranlı kimi müsibət çayxoram!
- Bir lənkəranlı kimi müsibət çayxoram!
- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi?
- Hər ikisini.
- Hər ikisini.
- Mənə sualınız?
- Dünyanın sonu çatarsa, son dəqiqələrdə sən hansı işləri görərdin?
- Dünyanın sonu çatarsa, son dəqiqələrdə sən hansı işləri görərdin?
- Anamın əllərindən öpərdim.
Tural Balabəyli merkez.az
Комментариев нет:
Отправить комментарий