26.07.2011

“Şükür Allaha, yaxşıdı”


Bu günlərdə TQDK`nın III qrup üzrə qəbul imtahanı oldu. Dünən avtobusda başımın üstündə iki gənc oğlan söhbət edirdilər. Onlardan biri bir gün qabaq imtahan verənlərdən idi. “ 320 bal yığmışam. Şükür Allaha, yaxşıdır” deyirdi. 700 baldan 320 bal yığmaq son dövrlərdə yaxşı hal kimi qiymətləndirilməyə başlanıb. Təhsil səviyyəsi o qədər aşağı düşüb ki 300`lü ballara sevinirlər abituriyentlər.
Gənclərin də bir suçu yoxdur. 11 il ərzində məktəblərdə heç nə öyrənə bilməyən şagirdlər bütün bu illərin programını imkan varsa iki, yoxdursa bir ilə sığışdırıb öyrənməyə çalışırlar. Məktəblər artıq uşaqlara sadəcə ən primitiv şeyləri öyrətmək rolunu oynayır. Bir il ərzində ən azı yeddi illik dərs programını öyrənə bilmək də hər kişinin işi deyil axı.
Müəllimlərin maaşı qənaətbəxş olsa, ölkədə bu qədər bahaçılıq, dərəbəylik olmasa, onlar da uşaqlara bir şey öyrətməyə həvəsli olarlar, qiymət yazmaq üçün, 3-5 quruş almaq üçün əl açmazlar uşaqları yaşlarındakı şagirdlərinə.
Və nəticədə bu savadsız, əli rüşvətə öyrəşmiş uşaqların bir qismi universitetləri bitirəndən sonra müəllim olurlar. Bu işlər də, beləcə, Türkün məsəli “kısır döngü” kimi davam edir

Комментариев нет:

Отправить комментарий