Şair Səlim Babullağlu: “Şeir ali nitq hadisəsidir”
Dünya Ədəbiyyatı jurnalının baş redaktoru, şair Səlim Babullaoğlunun müsahibəsi
- Bu isti yay günlərində nə işlə məşğulsunuz?
- Bir az oxumaq, bir az yazmaq. Şeir yazmaq xətti proses deyil. Nəfəs açılanda yazırsan. Redaktə işləri ilə məşğul oluram. Tərcümələr edirəm.
- Nəyi tərcümə edirsiniz?
- İki il əvvəl Brodskinin bir kitabı nəşr olunmuşdu mənim tərcüməmdə, o tərcümələri yenidən işləyirəm, bundan əlavə, yarımçıq tərcümələr var, işləyirəm. Esselərini də. Daha böyük kitab hazıralyıram.
- Sizin Brodskidən olan tərcümələri Mahir Qarayev tənqid etmişdi...
- Brodskidən yox, Pasternakdan etdiyim tərcümələri. O yazmışdı, mən də cavab vermişdim.
- O necə tərcüməçidir, sizcə?
- Onun Rilkedən elədiyi tərcümələr xoşuma gəlir.
- Şeir tərcüməsi çətindir?
- Bu şairdən asılıdır. Elə şair var ki, onu tərcümə etmək asandır. Eləsi var ki, onun yazdığı şeir tipi Azərbaycanda populyar deyil. Müxtəlif baxışlar var…. Mən orijinala sədaqət prinsipiylə işləyirəm. Autentik metodla. Bacardıqca kənar qafiyələrin saxlanmağını istəyirəm… Amma hər bir dilin öz spesifikası var. Bəzən şeiri götürüb çevirirlər, Azərbaycan şeiri edirlər. Bunu etmək çox asandır. Bu təqlid və sanki təbdil demək olur. Belə tərcümələr çoxdur, bu yolu sevmirəm.
- İkinci dildən olan tərcümələrə necə baxırsınız?
- İkinci dildən olan tərcümələr qeyri-peşəkar hesab olunur. Şeirdə də, nəsrdə də. Amma tərcümənin heç olmamasındansa, informasiya daşıyıcısı kimi də olsa, ikinci dildən tərcüməyə normal baxıram.
- Siz ikinci dildən tərcümə edirsinizmi?
- Etmişəm. Məsələn, Ximenesin şeirlərini, Geleskulun ruscaya tərcüməsi əsasında tərcümə etmişəm.
- Tərcüməni niyə edirsiniz? Bu, kommersiya məqsədidir, yoxsa imzanız qalsın deyə bu işi görürsünüz? Bəlkə, bu Azərbaycan ədəbiyyatına sadəcə, xidmət etmədir?
- Məndə ədəbiyyata, xalqa xidmət etmək kimi bir düşüncə yoxdur, bu düşüncəyə populizm kimi baxıram…Bu xalqa və sənətə minnət qoymağa oxşayır. Uzun danışmaq olar. Mən şeiri oxuyuram, xoşuma gəlir. İstəyirəm ki, bu mənim dilimdə səslənsin. İzaholunmaz bir sevgi var.
- Atanız da şair olub…
- Şair olmayıb, şeir yazıb. Özünə heç vaxt şair deməyib. Kitabı da var: “Xiyabandan gələn səslər”. Çox səmimi şeirlər yazıb. Amma şairliyə iddiası olmayıb.
- Şeir yazanla şair arasında nə fərq var? Kim şeir yazandı, kim şairdir?
- Şeir yazanla şairin bir fərqi fərqi budur ki, şeir yazan tez dayanır, şair həmişə yazır, o nitqin adi halıyla uzun müddət yaşaya bilmir və bu onun, şairin həyat tərzinə çevrilir.
- Hekayələriniz də var. Şeirlə fərqin necə görürsünüz?
- Şeir tamam başqa hadisədir, ali nitq hadisəsidir.
- Bizdə şeirdən nəsrə gəlmək ənənəsi var.
- Əsl nasirlər yenidən şeirə qayıtmırlar. Hekayə yazmaq, nəsr yazmaq, belə deyək, hobbidir. Nəsr yazanda nasirliyə iddialı deyildim.
- Şeir çox oxuyursunuz, ya nəsr?
- Şeir. Mən hər gün çoxlu şeir oxuyuram.
- Ən çox sevdiyiniz şair kimdir?
- Ən çoxu bilmirəm, amma XX əsrdən danışsaq Appoliner, Nazim Hikmət, Bles Sandrar, Pasternak, Svetayeva, Mandelştam, Axmatova, Eliot, Oden, Ximenes, Miloş, Brodski, Şeymaz Xini, Uolkott… Cavid, Hadi, Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Əli Kərim, Ramiz Rövşən, Vaqif Səmədoğlu…
- Sizin şeirlərin sanki Azərbaycanda ənənəsi yoxdur.
- Mən yazdığım şeirin bizdə ənənəsi yoxdur. Sərbəst şeir var - nəsrdən şeirədir, şeir var - şeirdən nəsrdir. Azərbaycandakı sərbəst formal keyfiyyətlətlərinə görə əruzun və hecanın metrik dekonstruksiyasıdır, sökülməyidir. Bunun ən gözəl örnəklərini Mikayıl Müşfiq yazıb. Mən hər ikisini yazıram, sizdə və başqalarında o duyğunu yaradan şeirlər nəsrdən şeirə olanlardır. Meditativ şeirlər.
- Müasir şairlərimizdən ən yaxşı 5 şairin adını çəkə bilərsinizmi?
- Beşi-onu bilmirəm, özümdən bir nəsil əvvəlki və sonrakıları desəm, Həmid Herisçi, Elxan Zal, Salam Sarvan, Murad Köhnəqala (erkən dövr yaradıcılığı), Rasim Qaraca (birilərini), Aqşin, Zahir…
- Bizdə şeir daha yaxşıdır, yoxsa nəsr?
- Şeir.
- Nəylə bağlıdır bu?
- Kundera yazır ki, roman Qərb fenomenidir. Mənə elə gəlir ki, poeziya daha çox Şərq hadisəsidir. Səbəbin izah edə bilmirəm… Bəlkə səneyləşmə, kapitalist münasibətlərinin inkişaf etməməsindən irəli gəlir. Bugünkü roman məhz bu münasibətlərin hadisəsidir. Həmin münasibətlər isə bizdə hələ indi-indi formalaşmağa başlayır.
- Azərbaycan nəsrində ən böyük imza kimdir? Müsirlərdən danışmasaq.
- Çətin sualdır. Amma bir neçə ad çəkə bilərəm. Məmməd Səid Ordubadi, Çəmənzəminli, Mirzə İbrahimov, İsa Hüseynov, Anar, Elçin, Əkrəm Əylisli. Amma şeirdə bir nəfərin adın çəkə bilərəm.
- Kimdir o?
- Müşfiq.
- Qələmlə yazırsınız, yoxsa bilgisayarda?
- Şeiri qələmlə yazıram. Sonra bilgisayara köçürürəm.
- Niyə qələmlə yazırsınız?
- Kafkanın bir sözü var: “Hər bir cadugərin öz ayinləri var”. Vərdiş, bəlkə kağız və qələm kultu var…
- Siz AYB-də daha çox qruplaşmalara, qarşıdurmalara girməyən bir adam imici yaratmısınız.
- Qarşıdurmalara nə ehtiyac var. Problemləri çay süfrəsində də həll etmək olar. Şəxsi konteksdə bəzən məsələlər sərt şəkildə həll olunur. Bir dəfə Berqman jurnalistə şillə vurur. Məhkəmə 100 kron cərimə yazır. Berqman 200 kron verir, hakimə də bir şillə vurub çıxıb gedir. Bacardıqca konfliktdən qaçmaq lazımdır.
- AYB-nin qurulyatında qurumun problemləri həll olunacaqmı, sizcə?
- Bilmirəm. Şəxsən mən bu məsələləri qaldırmayacağam. Çünki mənim səlahiyyətimdə olan şey deyil. Mən idarə heyətinin üzvüyəm. Eyni zamanda “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoruyam. Bu jurnal da 2 ildir ki, çıxmır.
- AYB dəstək olmurmu jurnalın çıxmasına?
- Mən ildə iki dəfə bu məsələni qaldırıram. Amma hələ nəticəsi yoxdur. Təşəbbüslə, kənardan maliyyə tapmaqla bəzən kitablar çap edirik. Mən narazılıq etmirəm. AYB-nin damı altında bəzi işləri görmək olur. Mən dəfələrlə Anara, Çingiz Abdullayevə - o jurnalın kuratorudur, - demişəm ki, jurnalın büdcə məsələsi birdəfəlik həll olunmalıdır.
- Sizcə, bu münasibət nədən qaynaqlanır?
- Bilmirəm. 2004-cü ildə dərgimiz çıxanda heç bir tərcümə jurnalı çıxmırdı. Tərcümə qəzet künclərində daldalanırdı. Biz sanki təkan verdik tərcümə prosesinə. İlk kitab seriyasını yaradıb həmin seriyadan 19 kitab buraxmışıq. İngilis, polyak, rus, gürcü, özbək, fransız, fars dillərinə Azərbaycan ədəbiyyatının tərcüməsinə və nəşrinə nail olmuşuq. “525 kitab” seriyasından 27 kitba nəşr etmişik, yəni gördüyümüz işlər az deyil.
- O biri jurnalların fəaliyyətindən razısınızmı?
- Ümumilikdə, yox. Qismətin Kulis-dəki müsahibəsində jurnallar haqda dediklərində böyük həqiqətlər var idi. Amma o tonu düzgün seçməmişdi, o tonda olmazdı. Elçin Hüseynbəyli isə müdafiə olunmaq məcburiyyətində qalmışdı və haqlı olaraq demişdi ki, bir nömrəni onlar özləri buraxdılar və keyfiyyət fərqi olmadı. Demək, məsələni şəxsi köynəkdən çıxarıb baxmaq lazımdır. Bir qəzetin və ya jurnalın tənqidi şəxsin tənqidi deyil, işin tənqididir, bu demək deyil ki, yenini tənqid olunan edə bilməz, yox, edər. Amma necə? Ortada konsepsiya olmalıdır. O isə yoxdur. Şəxsi fikrimi həmişə qəzet və jurnal rəhbərlərinə demişəm. Jurnal həm də əmtəədir. Onu müasir dövrə uyğulaşdırmaq lazımdır. Məsələn, “Alatoran” jurnalında çap olunan mətnlər “Azərbaycan”dakından, “Ulduz”dakından beləmi artıqdır? Deyil. Üstünlük dizaynda, təqdimetmədədir. Üstəgəl, mütəhərrik, gündəmə aid aktual bədii informasiyadadır. Bu çox önəmlidir. Naşir deməməlidir ki, mətn yoxdur. Naşirin borcu mətni tapmaqdır. Mətn yoxdur, bir nömrə fasilə et, ya da tərcümə, məqalə, araşdırma çap elə, dəyirmi masa keçirt.
- Sizcə, mətn doğurdan yoxdur?
- “Azərbaycan” jurnalı həcmində hər ay sayı dolduracaq keyfiyyətli material olmaya bilər. Əgər ədəbi mətn yoxdursa, başqa şeylər vermək olar. Reportaj, müsahibə, informasiya və s. İndi başqa çağdır. İndi başqa dinamika lazımdır.
- Sovet vaxtı jurnallarda bunlar olurdu. Məsələn, romanların müzakirəsi keçirilirdi. Sizcə, indi niyə keçirilmir?
- Sizin üçün sual vermək asandır. Onlar mənim həmkarlarımdır. Onlar haqda danışmaq mənə çətindir. Amma mən belə müzakirələrin keçirilməsi üçün heç bir problem görmürəm.
- AYB-ə üzv qəbulundakı liberallıq nəylə bağlıdır?
- Azərbaycanlılıqla. “Xətirçün xəstə yatmaqla”. Kütləvilik pis şey deyil. Amma bir yerə qədər.
- Qurultayda kimə səs verəcəksiniz?
- Qurultaya hələ çox var... Bilmirəm, ümumiyyətlə səs verəcəyəmmi? İslahata və islaha ehtiyac var.
- Deyirlər, AYO öz missiyasını başa vurub. Siz necə düşünürsünüz?
- Bilmirəm, bu missiya nədir. Həmid Herisçi AYO-dan əvvəl şeir yazırdı. Həmid yenə də şeir yazır. Eləcə də Rasim. AYO müəyyən şeylər etdi. Polemiklik gətirdi. Bunları danmaq olmaz. Missiya kimi hövlanak sözlərə inanmıram. Ümumiyyətlə, ədəbi təşkilatının ədəbiyyata xidmətinə şübhə ilə baxıram, ədəbiyyatı adamlar, fərdlər yazır.
Elmin HƏSƏNLİ kulis.az

Комментариев нет:
Отправить комментарий