28.07.2011

Kürd köpəkləri əl-ayağa düşüblər


PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılan İranın PJAK-a hücumlarının davam edəcəyi təqdirdə, Türkiyəyə qarşı müharibəni dayandırıb, İrana hücum edəcəklərini açıqlayıb.


Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İranın Qəndilin mərkəzini ələ keçirmək niyyətində olduğunu bildirən Karayılan bu ölkənin bölgəyə 30 min əsgər yığdığını qeyd edib. Türkiyə, İran və ABŞ-ın birgə hərəkət etdiyini iddia edən terror təşkilatının rəhbəri İranın yaxın şərqdəki hadisələrin ona çatacağını bildiyini deyib: “İran öz hesablamalarını edir. Kürdlərin İraq rejiminin devrilməsində rol oynadığını, Suriyada bir güc olduğunu və İran rejiminin devrilməsində də rol alacağını bilirlər. Buna görə İran kürdləri gücdən salmaq və parçalamaq niyyətindədir”.

Комментариев нет:

Отправить комментарий