31.07.2011

Sumqayıt bloq təlimləri və təəssüratlarım


Sumqayıtda bloq təlimi keçirdik. Təlimi mən və İlqar Mirzətərəfindən aparılırdı. İyulun 18-19-22 tarixlərində keçirdiyimiz təlimlər haqda qərara gəldim ki, bir yazı yazım. Yadımdadır bundan bir müddət əvvəl Mingəçevirdə 1 günlük təlim keçmişdim və mənə çox maraqlı gəlmişdi. Sumqayıt təlimləri də eynən bu cür oldu.
Bir qədər haşiyəyə çıxaraq qeyd edim ki, Sumqayıtda sonuncu dəfə təxminən 5-6 il bundan qabaq olmuşdum. Bu müddət ərzində şəhərdə bir neçə dəyişikliyin şahidi oldum. Amma ilk gözümə sataşan şəhərin mərkəzində yerləşən binaların damın qırmızı rəngdə ötrülməsi idi. Bu da binaya xüsusi gözəllik verirdi. Təəssüf ki, binaların şəklini həm çəkə həm də şəhəri gəzə bilmədim :(  Bundan başqa şəhərdə həmçinin yolun kənarında qazıntı işləri də aparılırdı.
IREX İcma Məlumat Mərkəzində təşkil etdiyimiz təlimlər faydalı və maraqlı keçdi yazsam yəqin ki, yanılmaram. Çünki ən azından uşaqlar buna cəhd edirdilər və düşünürəm ki, alınırdı. Uşaqlar arasında əvvəl keçirilmiş təlimlərdə yenidən iştirak edənlərdə var idi. Ona görə də onlar üçün bu təlim yeni deyildi. 3 gün ərzində təlim iştirakçıları bloq haqqında kifayət qədər məlumat aldılar. Uşaqların demək olar ki, hamısı fəal olub, məlumatlanmağa, öyrənməyə çalışırdılar. Təlimdə iştirak etmiş bloqlar və onların müəlliflərini sizə təqdim edirəm. Yazıları oxuyun. Bəyəndinizsə, paylaşmağı unutmayın :)
  1. ekosumgenc.wordpress.com (Əli Mirzəyev)
  2. menveonlar.wordpress.com (Şəbnəm Elçinqızı)
  3. rengareng.wordpress.com (Tunzalə Şərifzadə)
  4. elvin351.wordpress.com (Elvin Şahsuvarlı)
  5. refalemuxtarli.wordpress.com (Rəfalə Muxtarlı)
  6. kvartetcapi.woprdpress.com (İlhamiyyə Babazadə, Pərvin Hacıyev)
  7. javideas.wordpress.com (Cavid Həsənov)
  8. ilkinbloqum.wordpress.com (İlkin Cavadlı)
  9. fizzeqedimova.wordpress.com (Fizzə Qədimova)
  10. zeytuncu.wordpress.com (Aytən Rzayeva)
Ümid edirəm ki, təlim keçdiyimiz uşaqlar təlim xatirinə təlimdə iştirak etməyiblər və fəaliyyətlərini də bu sahədə bundan sonra da davam etdirəcəklər. Gənc Bloqçular Şəbəkəsiadından təlimlərdə iştirak etmiş hər bir bloqçuya təşəkkür edib, uğurlar arzulayıram.
P.S. Dostlar, Facebook da Gənc Bloqçular qrupuna qoşulub, yazılarınızı paylaşa bilərsiniz.

Комментариев нет:

Отправить комментарий