07.02.2012

Adlar və adamlar


İmarət Cəlilova

      Bəy ərənlər düzülübdür cərgə-cərgə,qatar-qatar,
      Çöhrələrdən zəhm yagır, öndə agır döyüşlər var.
      Dədəm Qorqud deyin gəlsin, boy boylasın,söz söyləsin,
      Yağı üstə gedənlərə tanrıdan uğur diləsin.

      Dədəm Qorqud gəlib qolça qopuzunu dilləndirdi,
      Qopuzunun tarım duran simlərini səsləndirdi.
      Bu ilahi, qüdsi səsdən könüllərdə od qalandı,
      Atlar coşub şahə qalxdı, irəliyə qanadlandı.
      Boynu uzun qonur atda yala yatan ər igidlər,
      Uzunluğu altmış tutam nizə tutan nər igidlər
      Şığıdı kafir üstünə,haray qopdu,yer-göy əsdı,
      Qara,polad,uz qılınclar palıldadı, endi,kəsdi.
      
     
      Ağ tozluca tutacaqlı qatı yaylar gərilir,bax,
      Sası dinli mərə kafir ayaqlara sərilir,bax!
      Igidlərin sadağından səksən oxlar azaldıqca,
      Pərən-pərən düşüb yağı cərgələri pozulduqca,
      Xainlərin,namərdlərin ürəyini qorxu sarır,
> > Dovşan kimi sinə-sinə gizlənməyə yer axtarır.
> > Ərənlər nərə çəkirlər:"Çal qılıncın,yetdim!-deyə,
> > Yol vermərik oğuz eli kafir önündə baş əyə!"
> > Düşmənin döyüş sancağı ayaqlar altında qalır,
> > Igid oğuz ərənləri bu meydanda zəfər çalır.

> > Budur,yenə qoçaqlarım düzülübdür qatar-qatar,
> > Çağır gəlsin Dədəm Qorqud,gorək indi nə sözü var.
> > Asta-asta yaxınlaşır ağ saqqallı,nurlu babam,
> > Oğulların mərdliyindən ürəyi qürurlu babam.
> > Ah, ilahi! Bu nə qədər təntənəli,ülvi bir an,
> > Igidlərin gözlərində yaş parlayir həyəcandan.
> > Pıçıldayır urəkləri:"Dədə,qurban olaq sənə,
> > Nə durmusan, qopuz çalıb igidləri bir öysənə!
> > Qopuzunun nəğməsiylə könlümüzə sən od verdin,
> > Döyüşməyə ruhlandırıb sən bizə qol-qanad verdin,
> > Tez ol,dillən,bir də gorək bu hunərə nə ad verdin,
> > Indiyəcən adsız gəzən igidlərə nə ad verdin?"
> > Dilə gəldi Dədəm Qorqud:"Əhsən sizə,hey igidlər,
> > Ərdəmlisiz,cürətlisiz,göstərdiniz böyük hünər.
> > Hamınıza ad verirəm,iftixarla daşiyasız,
> > Innən belə hərəniz öz adınızla yaşayasız.
> > Vətən,torpaq,el yolunda od-ocaq təki yandınız,
> > Adınızi mən vermədim,siz özünüz qazandınız!"

      Ad qazanmaq...Bu sözlərdə məna məni cəlb eyləyir,
      Dərin-dərin fikirlərə,xəyallara qərq eyləyir.
      Düşünürəm,elə bil ki, sehirli bir xalatdayam,
      Gah keçmişə qayıdıram,gah bugünkü həyatdayam

      Düşünürəm,əcdadımın nə doğru qaydası varmış,
      Insan oğlu əməlinə uyğun olan ad alarmış.
      Adına mərd deyilənlər özləri də mərd olurmuş,
      Qorxaqlara,yaltaqlara ulu babam sərt olurmuş.
     (Elə şey var,anlayanda insan bəzən pərt olurmuş,
      Dərrakəsi,düşüncəsi ona yaman dərd olurmus...)

Комментариев нет:

Отправить комментарий