Yorulmuşam...
Günahlardan günahlara qaçmaqdan.
Yalanın üzünə baxmaqdan.
Həsrətsiz qalmaqdan.
Qismət yolumu gözüyumlu keçib
talelə oynamaqdan
yorulmuşam.
İçimdəki təkanların,
püskürən vulkanların
ağzına tıxac vurmaqdan,
sellə gələn çör-çöpdən yuva tikməkdən
yorulmuşam.
Dünyanın dişləri ağarır.
Qəhqəhəm yumağa dönüb
zəncirli qalmaqdan.
Bir təkan qalıb-
ən son təkan.
Qəhqəhəm püskürəcək,
qırılmış zəncirlərin həlqələri
yağacaq göylərdn
zəncir hörən fələyin qucağına.
Комментариев нет:
Отправить комментарий