HEYKƏL
Dodağımda
Öpüşüvün ayaq izi,
Sanki;
Həsrət heykəlidir
Qəlbimin bülvarında!!!
24 SAAT
YAPRAQ
Səni görcək
Səni görcək
Görüşündən səhərin
Yaprağın ağlamağın
Anlayıram...
24 SAAT
Qaranlıqdan
Addımımı əsdirmə.
Biz bir
24 saatıq.
Sən;
aydınlıqlar qucağında doğulan
Gündüz.
Mən;
Qaralıqlar qollarında boğulan
Gecə.
Nədəni;
Qan pəncəsində oğulan
Günəş!
***
Qaranlıqdan
Addımımı əsdirmə.
***
Hələlik sevdicəyim,
Mən gedirəm,
Sən yaşa həp.
Sən yaşa həp.
Hələlik.
***
GİZLİCƏ AĞLAYIŞ
O gecə mən də ağladım
Gizlicə...
Ey ana...
Sanmaki daşdir ürəyim,
O gecə mən də ağladım.
Bir ışıq şırıldadı gözlərimin
Damcısına,
Bir hüzün köçdü mənim şənliyimə.
Çökdü üzə baxışlarım.
Anladım onda boşun boşluğunu.
Ulduz-ulduz ışıldadım
Zamanənin
Qaragöy səfhəsinə.
O gecə mən də ağladım...
Özüm yığışdım özümə,
Oldum ana!!!
Oldum ana!!!
Bağışla bu kəz məni,
Həmişə tək.
Roluvu yansıladım taatrında yaşayışın,
doğdum uşaq,
doğdum uşaq,
Doğumun sancısını hiss elədim.
Və körpəmi
Sevgimin damarından əmişdirib,
Düşüncəmin hörüklərində bələyib,
Nəfəslərin nənnisində
Ahımın lay-lasında
(Lay-lay dedim ki yatsın,
Qızıl güllərə batsın.)
Tumarladım saçlarını.
Baxışın dodağiylə öpdüm üzün
Və sərgisində canımın
Göstərib yaşayışın fəlsəfəsin gözlərinə,
Ağlayanda
Ağlayanda
Duyğular bağrına basdım biləsin.
Xəstələnəndə
Gözlərim yumulmadı.
Ürəyi edib sipər sancılara,
Balaca başmağına
Tikdirib yol yorudan gözlərimi,
Balaca ayaqlara bir öpücük
Və ağladım...
O gecə mən də ağladım...
Çiçəklənəndə arzılar,
Soldu gülüm.
Əh, əh...
Əhə, əhə...
Bəsdir utan kəs səsivi.
Ana olmaq ürək istər,
Ana olmaq ciyər istər,
Ana olmaq sevgi istər...
Var mi buna cəsarətin!?
Yo..ox...
Yo..ox...
Olanmasan,
Həmin elə
Sən özüvə
O quru ərkəkliyin sımışqasın çıtlayaraq
Şışırt qarın.
O gecə mən də ağladım...
Ürəyimdə mərsiyə,
Oxudu növhə mənə duyğularım.
Oxudu növhə mənə duyğularım.
Ürəyim çırpdı özün
Qəfəsin miləsinə.
Öz içimdə ağladım.
Sənə bir söz demədim,
Deyənmədim!!!
Deyənmədim!!!
Çünki sən...
Çünki sən bir anasan,
Dözənməsən ax balavın gözyaşına.
O gecə mən də ağladım,
Gizlicə...
Özü haqqında: Xosrov Solh Konəndə Sərdəri 1983-üncü ildə Təbriz şəhərində dünyaya göz açdı. Onun şeirlərinin çoxu sərbəst, iki beytli, qəzəl qalıbındadırlar. Ancaq şair hər üç qalıbda da yenilik yaratmağa çalışır. Xosrov öz təxəllüs adını Barışan seçibdir. Bu ad öz soy adının Türkcə anlamıdır. O bilimyurdunda oxuyan illərdə Aşina adlı derginin ədəbi başyazarlığını üstələnmişdi. Ayrica iki şeir özəl sayısı dərgisinin (Şəm-i xəyal adlı) başyazarlığını da üstələnmişdi. Şeirdən əlavə, Barışan hekayə yazmağa da maraqlı birisidir. Elektron ünvanı: barishan1983@yahoo.com, barisan@box.az
Комментариев нет:
Отправить комментарий