Rəsul Yunan
YOL
Mən yollarda yerimirəm
Yollar məndə yeriyirlər
Bu ağaclar, bu tikanlar
Kollar məndə yeriyirlər
Beynimdə hər yana baxsan
Teleqraf dirəyi vardır
Quşlar tel üstə susublar
Bəlli olan son bahardır
Yollar yeriyirlər məndə!
Səfər etmək istəyirlər
Məni səndən ayırırlar!
Mənə getmək öyrədirlər...
HƏR NƏ VAR...
Hər nə var dünyada uduzardım
Dünya mənim olsaydı
Uduzardım
Bu ormanları
Bütün ceyranlarıyla
Yaşıllıqlarıyla...
Uduzardım dənizləri
Bütün balıqlarıyla
Gəmiləriylə...
Uduzardım dağları
Bütün zirvələriylə, qartallarıyla
Dünya mənim olsaydı
Sonuncu qarışqası üstə
Gözə görünməyən qumu üstə
Qumar oynayardım...
Nəyə gərəkdir bu dünya
Sən olmayan yerdə!
Комментариев нет:
Отправить комментарий