İmam Buhari bildirir ki, Məhəmməd peyğəmbərin dediyinə görə, bir zamanlar Allah yer üzündən biliciləri aparacaq və bir nəfər də olsun “xəbərdar” qalmayacaq və bu zaman insanlar özlərinə dinin sirlərini bilməyən insanları başçı seçəcəklər. Onlara sual verəndə onlar bilmədikləri şeylər haqqında qərar verəcəklər və nəticədə özləri yolu azacaq və başqalarını da yanlış yola sövq edəcəklər.
Bu gün qədim həqiqətləri bilməyən, dinin kökündən xəbəri olmayan din xadimləri 5500 illik tarixi olan mərasimlərimizi və adət-ənənələrimizi dəyişdirmək istəyirlər.
Onlar bilmədikləri şeylər haqqında fətvalar verir və xalqı adət-ənənələrindən döndərməyə cəhd edirlər. Dini rəvayətlərin, hədislərin və dilimizdə bu günə qədər qalmış deyimlərin mənalarını anlamayan bu din xadimləri, bunların nağıl olduğunu bildirir və xalqı öz dininə etinasız yanaşmağa sövq edirlər. Nəticədə minlərlə müsəlman digər dinləri, bizə yad olan cərəyanları qəbul edirlər.
Hər bir millətin qədimliyi və mədəni zənginliyinin əsas göstəricilərindən biri də onun adət-ənənəsi və mərasimləridir. Bu adət-ənənə və mərasimlərin kökünü axtarmaq, qədim həqiqətlərə aydınlıq gətirmək isə hər bir tədqiqatçının istəyidir. Əsil tədqiqatçı, mənafeləri kənara qoyub, yalnız və yalnız həqiqəti araşdırmalı və onu xalqa çatdırmalıdır. Məhz bu məqsədlə biz də Aşura mərasiminin kökünü araşdırmaq qərarına gəlib, mənbələrə məntiqlə yanaşmağa çalışdıq.
Aşura mərasimi haqqında söz demək üçün, qədim mənbələrdəki bu tip mərasimlərə nəzər salıb, onların nə məna kəsb etdiyini başa düşmək vacibdir. Adi insanın ölümü ilə əlaqədar keçirilən mərasimin belə böyük miqyasda minilliklər boyu davam etməsi ağlasığmaz bir hadisədir. Deməli, Aşura mərasimi bizə məlum olmayan hansısa İlahi varlıqla əlaqəlidir.
Misirşünas Erdmanın fikrincə Hüseynin mərasimi, yəni Aşura – Tammuz/Ta-uz şəbihi ilə əlaqədar keçirilən mərasim ilə bağlıdır (Б. А. Тураев, «История древнего востока», I cild, səh.147). Bu mərasim qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilirdi və mənbələrdə Tammuz/Ta-uz, Osiris/Oziri, Adonis, Attis, Kibela və s. Allahların ölüb-dirilməsi mərasimi adlanırdı. Həqiqətən də, müsəlmanlarda matəm günü olan Aşura axşamı, yəni məhərrəm ayının 9-cu günü Tasua/Tasus adlanır ki, bu da Ta-uz adına, yəni Tammuz mərasiminin adına çox uyğun gəlir. Bu matəm mərasimindəki ağlaşma isə Təziyə adlanır ki, bu da Ta-uz simvolu ilə eynidir. Belə çıxır ki, Aşura mərasimi adi insanın ölümü ilə yox, bilavasitə Allahla bağlı mərasimdir ki, biz bu haqda demək olar ki, heç nə bilmirik.
Qədim folklorun tədqiqatçısı C. Frezerin yazdığına görə qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilən Tammuz/Ta-uz, Adonis, Attis və s. Allahların ölüb-dirilməsi mərasimləri eynidir və öz köklərini qədim Misirdə keçirilən «Oziri Allahının ölüb-dirilməsi» mərasimindən götürmüşdür ki, bu mərasim sonralar xristianlıqda İsanın ölüb-dirilməsi kimi qalmışdır.
Finikiya ibadətgahı olan Biblosun Astartasında Adonisin ölümü hər il xüsusi mərasimlə keçirilirdi. Bu zaman insanlar ah-zar edir, öz sinələrinə döyür və inanırdılar ki, növbəti gün ilahi Adonis həyata qayıdacaq və hamının gözü qarşısında ərşə yüksələcək (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.316). Kibela və Attisin böyük yaz bayramının Roma, Friqiya variantına görə 22 martda meşədən şam ağacı qırılaraq məbədgaha gətirilir. Onu müqəddəs hesab edərək, parçaya bürüyüb üstünə gül tökürdülər. 23 martda əsasən nəfəs alətləri çalınırdı. «Qanlı» üçüncü gün baş kahin öz venasını kəsir, aşağa təbəqəli kahinlər isə baraban və digər alətlərin qarışıq səslərinin müşayəti ilə başlarını əsdirərək dağınıq saçla, ağrı hissiyatını itirib quduzluq halına gələnə qədər fırlanırdılar. Daha sonra onlar bıçaq və s. alətlərlə özlərini yaralayıb, qanlarını qurbangaha və müqəddəs ağacın üzərinə tökürdülər. Eyni mərasimi Avstraliya aborigenləri də keçirirdi. Belə ki, onların kahinləri özlərini axtalayır və bədən üzvünü ilahə heykəlinin altına atırdı. Daha sonra isə onu yerdə basdırırdılar ki, Attis Allahı qayıtsın. Qədim şərqin ən populyar yeri olan İerapolisdə, Astartanın məbədgahında keçirilən bu tip mərasimlərə varlılar Assuriya, Babil, Finikiya, Ərəbistan və s. ölkələrdən axışıb gəlirdi. Baraban və qışqırıq səsilə axtalanan kahinlər özlərinə bıçaqla zərər yetirir və ekstaz halına gəlirdilər (orada səh.328,329,332). Kiçik Asiyada Kibelanın, Attisin bu böyük yaz bayramı, yəni ölüb-dirilən Attis, Adonis,Tammuz, Kibela və s. Allahların bayramı Gilar bayramı adlanırdı (Е. Ярославский, «Как родятся, живут и умерают Боги», М., 1941, səh.83,86).
Herodota görə, Oziri (Osiris) Allahının qəbri aşağa Misirin Sais şəhərində yerləşirdi və buradakı gölün ətrafında xalq gecələr Oziri Allahının əziyyətlərinin şəbihini çıxarırdı. İldə bir dəfə keçirilən bu mərasimdə Allahın ölməsinə münasibətini bildirərək insanlar hönkürtü ilə ağlayır və öz sinələrinə vurub, İsidanın Ozirisi diriltməsi üçün getdiyi yolu təsvir edirdilər. Qeyd edək ki, «ölüb-dirilən Attis Allahı»nın mərasimi martın 24, 25-də keçirilirdi ki, bu gün də eyni zamanda Xristosun ölüb-dirilməsi günü sayılırdı. Maraqlı faktdır ki, xristian və bütpərəstlərin ölüb-dirilən Allahlarının mərasimi eyni ərazidə və eyni vaxtda keçirilirdi. C. Frezer yazır ki, buna görə xristian və bütpərəstlər arasında mübahisələr olurdu. Bütpərəstlər, xristianların «ölüb-dirilən Xristos»un mərasimini saxta adlandırıb, öz mərasimlərinin daha qədim olduğunu iddia edirdilər (orada səh.350,351, 339). Bütün bu mərasimlərin kökü isə bilavasitə qədim Misirin «ölüb-dirilən Oziri» (Osiris) Allahı haqqındakı rəvayətlə bağlıdır ki, onun da yaşı 5500 ildən artıqdır.
Qədim Misir rəvayətinə görə Allahın ilkini olan Oziri (Azər – F. G. B.) dünyaya hakim kimi gəlir və insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Ozirinin arvadı İsida isə, oğlu Qorla yenidən Oziri Allahını dirildir və o əvvəlki kimi dünyaya hakimlik etməyə başlayır. Rəvayətin açması müəllifi olduğum «Batini-Quran» kitabında geniş verilmişdir (sayt: http://hosting.bakinter.net/torah/index.html).
Kibela, Attisin və s. Allahların bu böyük yaz bayramının 22 martda keçirilməsi, bu bayramın Novruz bayrami ilə eyniliyi mənasındadır. Novruz bayramında keçirilən törəndə Kosanın ölməsi və sonra birdən dirilməsi, bu bayramın bilavasitə qədim Misir Allahının ölüb-dirilməsi bayramı olması deməkdir. Ümumiyyətlə, “Kosa” [KS] rəmzi sufilikdə eyni mənalı “XZ”, “HS” və s. rəmzlərlə eynidir ki, Novruz bayramındakı Xızır rəmzi də bu rəmzdən yaranmışdır. Novruz bayramında “Xızır, Xızır Xız gətir, var dərədən od gətir” deyimi isə onu göstərir ki, Kosa, Xızır obrazları ölümsüzlüklə və bu ölümsüzlüyü verən “xız” enerjisi ilə, yəni yer kürəsini əhatə edən ilahi od - ilkin materiya ilə bağlıdır. Ən qədim Misir yazılarında “XZ”, “KZ” və s. oxşar rəmzlər həyat enerjisini, yəni ilkin materiyanı bildirirdi. Deməli, Kosanın obrazı, Prometey (Musa peyğəmbər və s. obrazlar) tərəfindən yerə gətirilmiş bu ilahi odun, yəni ilkin materiyanın obrazıdır ki, məhz bu enerjinin hesabına insan - kamil insana (Homo sapiens) çevrilmişdir.
İslama görə Novruz bayramı Həzrəti Əli-nin doğum, taxta çıxdığı və Fatimə ilə evləndiyi gün hesab edilir. Lakin bu bayram eyni zamanda Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın Azərbaycanda taxta çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı və Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu və s. gündür (sayt: http://www.sarigelin1.com/Az/QonaqShairler/HSherghi/HSherghi_1.html). Bu isə o deməkdir ki, İslam dini özü VII əsrdə yox, daha qədimdə yaradılmışdır.
İbn Fəhd Hillinin (841 h.q) «Əl-muhəzzəbul-bare» kitabına görə İmam Sadiq buyurmuşdur: «Novruz günü Allahın Rəsulunun Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin Əlinı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əlinın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam Zamanın zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür...» (sayt: http://kovser.az/index.php?adid=MjAvMi50eHQ=). Əllamə Məclisinin (1111 h.q) «Biharul-ənvar» kitabına görə isə İmam Sadiq demişdir: «Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik qoşmamaları, Peyğəmbər və onların höccətlərinə tərəfdar olmaları və İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin İslam Peyğəmbərinə nazil olduğu və Peyğəmbərin İmam Əlinı Məscidul-Həramda Qureyşin bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahimın bütləri qırdığı gündür. Bu gün Peyğəmbərin səhabələrinə Əli ilə beyət etmələrinə göstəriş verdiyi və Əlinı cinlərin yanına beyət almaq üçün göndərdiyi gündür” (yenə orada).
Yazdıqlarımızdan belə çıxır ki, Novruz bayramı adi bayram yox, bir neçə mistik hadisənin bayramıdır. O eyni zamanda axirətdə zühur edəcək imam Əlinin bayramıdır ki, bu da qədim Misir Allahı olan Ozirinin, yəni Azərin yenidən dirilməsi mənasındadır. Bu o deməkdir ki, Novruz bayramı qədim Misirin “ölüb-dirilən Oziri” bayramındakı Ozirinin dirilməsi hissəsidir. Ozirinin ölümlə bağlı hissəsi isə bu günə “Aşura” adı ilə gəlib çatmışdır. Nəzərə alsaq ki, Oziri Allahını Assuriya və s. ölkələrdə Aşşur adlandırırlar, onda razılaşarıq ki, Asur/Aşur sözü də Oziri/Azər mənasındadır. Azər rəmzinin pəhləvicə “od” mənasını verməsi və ədəbiyyatımızda –“Nuri-Azər”, yəni Allahın nuru mənasında olması bu rəmzin bilavasitə ilkin materiya mənasında olması deməkdir.
Aşura mərasiminin adı mənbələrdə «Şaxsey-Vaxsey» kimi də qeyd olunur ki, sufilikdə bu rəmzlər Şah-Say və Bəg-Say mənasında izah olunur. Say sözü şifahi xalq ədəbiyyatımızda qoruyucu ruh, elin ruhu və Allah mənasında işlənilir. Deməli «Şaxsey-Vaxsey» mərasimi, dünyaya şah kimi, bəg kimi gəlmiş Allahın ölümünün mərasimidir.
Kərbəla müsibətində «qətlə yetirilən» İmam Hüseynin oğullarının Əsğər və Əkbər adları, sufilikdə «ilahi od» (Quranda Sokar) və Böyük Allah mənasındadır. Kərbəla rəmzi isə sufilikdə Qor-Baal (Balaat) mənasında «Qor vilayəti», yəni ruhlar dünyası fikrini ifadə edir. Belə çıxır ki, Kərbəla müsibəti zamanı, Əsğər və Əkbərin öldürülməsi dedikdə, Allah tərəfindən insanlara verilmiş «ilahi od»un və bu oddan yaradılmış Kosmik insan Kəbirin (Əkbər) sonu başa düşülməlidir ki, bu da göydəki dünyanın sonu deməkdir. Qeyd etmək istərdik ki, Tövratda, Allahın dünyanı yeddi günə yaratması qeyd olunur ki, bu da bilavasitə qurbanla göydə yaranan ruhlar dünyasına aiddir. “Kniqa Qora ili rasşifrovka Torı” kitabında biz bu yaradılışın qısa məzmununu açmışıq və s. (sayt: http://hosting.bakinter.net/torah/index.html).
Kərbəla müsibətində «qətlə yetirilən» İmam Hüseynin oğullarının Əsğər və Əkbər adları, sufilikdə «ilahi od» (Quranda Sokar) və Böyük Allah mənasındadır. Kərbəla rəmzi isə sufilikdə Qor-Baal (Balaat) mənasında «Qor vilayəti», yəni ruhlar dünyası fikrini ifadə edir. Belə çıxır ki, Kərbəla müsibəti zamanı, Əsğər və Əkbərin öldürülməsi dedikdə, Allah tərəfindən insanlara verilmiş «ilahi od»un və bu oddan yaradılmış Kosmik insan Kəbirin (Əkbər) sonu başa düşülməlidir ki, bu da göydəki dünyanın sonu deməkdir. Qeyd etmək istərdik ki, Tövratda, Allahın dünyanı yeddi günə yaratması qeyd olunur ki, bu da bilavasitə qurbanla göydə yaranan ruhlar dünyasına aiddir. “Kniqa Qora ili rasşifrovka Torı” kitabında biz bu yaradılışın qısa məzmununu açmışıq və s. (sayt: http://hosting.bakinter.net/torah/index.html).
Aşurada ölənlərdən biri də Qasimin nişanlısı, imam Hüseynin qızı Səkinədir (Vəfati – Səkinə) ki, sufilikdə bu rəmz (Sakin/Skiniya) «Allahın mövcudluğu» mənasındadır. Digər tərəfdən Qasim adı «Qas» [QS] rəmzindən yaranmışdır və bu rəmz yəhudi, xristian mənbələrində Aqios [QS] və Aqiazo [QZ] kimi yazılaraq müqəddəs mənasını verir. İslamda Əqsa [QS] kimi qeyd olunan Qas [QS] rəmzi, Kitabi Dədə Qorqudda Oğuz kimi, qədim Misir yazılarında isə «KZ», yəni «həyat enerjisi» mənasında işlənmişdir və ilkin materiyanı bildirmişdir. Mənbələrdə bu rəmzlərin yerinə əsasən «müqəddəs» mənasını verən yəhudilərin «kodeş», yəni Qades/Qüds/Kadus (islamda əqdəs, kuddus) rəmzi işlənir. Qeyd edək ki, Hüseyn və Həsən adlarınının «HS» rəmzləri, xristianların Qospod rəmzi də bu rəmzdən yaranmışdır. Bu isə o deməkdir ki, Hüseynin mərasimi Prometeyin (Allahin obrazı) göydən yerə gətirilmiş “HS”, ”XZ” ilahi odunun, yəni ilkin materiyanın yoxa çıxmasının mərasimidir.
Məlumdur ki, imam Hüseyn 72 əshabəsi ilə şəhid olmuşdur ki, buradakı 72 rəmzi də qədim Misirlə bağlıdır. Belə ki, rəvayətə görə Oziri Allahını Set öz 72 dostu ilə qətlə yetirir. Əgər Aşurada 72 rəmzi ölənlərə aiddirsə, qədim rəvayətdə bu rəmz öldürənlərə aid edilir. Qədim mənbələrdə 72 rəmzi göydəki ruhlar dünyasının rəmzidir və onun sonu da «dünyanın sonu» mənasındadır. Deməli, imam Hüseynin 72 əshabəsinin ölümü dedikdə, axirətdə, Rəhmanın göydə yaratdığı ruhlar dünyasının məhv olması başa düşülməlidir.
Yazdıqlarımızdın belə çıxır ki, Aşurada müqəddəslərin ölməsi rəmzində, 5500 il bundan əvvəl Allah tərəfindən yaradılmış ruhlar dünyasının məhv olması nəzərə çatdırılır. Həzrəti Hüseynin mənbələrdə Sultani-Neynəva adlanması, yəni Nineva-Kufə (Nun-Qaf rəmzləri) səhrasında məhv olması rəmzi, onun, qədim Misir mənbələrində Nun adlanan ilkin sularda, yəni işıq okeanında məhv olması deməkdir.
Qədim Misir yazılarına görə, Misirin Ra-Amon (Amon-Ra) Allahı, ilkin Nun sularında, milyonlarla qurban hesabına ruhlar dünyası yaratmış və özü də onun daxilində Allaha çevrilmişdi. Quran bu hadisə belə təsvir olunur: «O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini göyə yönəldib onları yeddi göy olaraq düzəltdi… Allah göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və günəşi, ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu (Quran 2:29, 13:2, 20:5). Rəhmanın ərşə hakim olması qədim Misir yazılarında Amon Allahının Şərqə - göyə qalxması (ərşə ucalması – F. G. B.) və Ra günəşi ilə birləşməsi kimi təsvir olunur: «Otuzuncu ilin, subasmanın üçüncü ayı, yeddinci gün Allah özünün göydəki sarayına (günəş Allahının göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı Sexotepibre, O göyə ucaldı və günəş diski ilə birləşdi, «İlahi bədən», onu yaradana qovuşdu. Paytaxt sükutdadır, ürəklər qəmgindir, Böyük darvazalar bağlandı, saray əyanları, başlarını dizlərinə əyib əyləşmişlər, xalq ah-zar içindədir» (“Сказки и повести древнего Египта», Л.1979, səh.9). Bu yazılarda Amon Allahının ölümündən sonra, onun ruhunun göyə qalxaraq, sağlığında göydə yaratdığı Ra – günəş diski ilə birləşməsi və Ra-Amon/Ra-Əman, yəni Rəhman Allahına çevrilməsi təsvir olunur. Dahi Firdovsi, Allahın bu göyü tutuması hadisəsini «Şahnamə»sində Cəmşidlə bağlayır və qeyd edir ki, o hansısa dənizi keçərək, göyə ilk ayaq açır. Göydə kəyan taxtı qurub, divin çiynində taxta çıxan Cəmşid fəzada günəş tək qərar tutur (Firdovsi, «Şahnamə», B.1987, səh.33). C. Frezerə görə isə, məhz Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.147). Belə çıxır ki, göyə, yəni ərşə yüksələn Ra-Əman elə islamda Rəhman kimi qeyd olunan tək Allahdır və o Azərbaycan ərazisindəki Alban dağının üstündə qərar tutmuşdur.
Aşuranın atributlarından biri də «ələm götürmə» mərasimidir ki, bu mərasimi başa düşmək üçün qədim həqiqətləri bilmək vacibdir. Kainatın sirlərini ilk dəfə dərk edən Misir piri (firon) Amon, göydən yerə ilahi od (dirilik suyu) gətirmək və ondan ruhlar dünyası yaratmaq üçün, dirilik suyunun özündən, yəni ilkin materiyadan magik rituallar vasitəsilə bir cüt gözəgörünməz əl düzəltmiş və onu öz əllərinin kölgəsi adlandırmışdır. Məhz bu Əl-in köməyi ilə o göydəki ruhlar dünyasını və digər şeyləri yaratmışdır. Qədim yazılarda «Aşiratın barmaqları» (Aşşur/Assur/Usir/Azər) kimi qeyd olunan bu bir cüt əl, qədim Misir yazılarında «Ka», yəni «Ağa» adlandırılır və rəsmlərdə Allahın başının üstündə göstərilir. Qədim Misir kitabələrində, insan və s. varlıqların üzərinə günəşdən uzanan əlin («ələm») və bir-biri ilə qol vasitəsilə birləşən bir cüt əlin və s. rəsmləri geniş yayılmışdır. Deməli, Aşura günü keçirilən «Ələm götürmə» ənənəsi də qədim Misirdə Allahın müqəddəs sayılan bir cüt əli ilə bağlıdır. Allahın bir cüt əllərinin olması, lakin onun formasının qeyri müəyyənliyi Quranda (38:75), İbn Ərəbinin, Əşarinin və s. kitablarında qeyd edilmişdir. Ələmin cuşa gəldiyini görən hər bir adam təsdiq edə bilər ki, bu adi hadisə yox, bilavasitə Allahla bağlı hadisədir.
Aşuranın sonunda, «əsirlərin qayıtması» mənasını verən «Riəti-Üsəra» rəmzi axirətdən sonra Üsarə kimi qeyd olunan Osirisin (Oziri/Azər) dirilməsi deməkdir ki, bu zaman birinci ruhlar dünyasının yerinə ikinci ruhlar dünyası yaranmalıdır. Quranda (14:48) bu hadisə «torpaqların dəyişdirilməsi» kimi qeyd olunur. Əsirlər gecəsinin Şami-Qəriban adlanması isə «Səma-Qor» mənasında səmada yeni Qor dünyasının (Qərəə - Quran) yaranması deməkdir.
Bütün bunlar o deməkdir ki, biz dinimiz haqqında çox həqiqətləri bilmirik. Son dövrün araşdırmaları da sübut etmişdir ki, bu günə qədər əsil ərəb ölkəsinin, əsil Misirin də harada yerləşdiyi çox müəmmalıdır. Müqəddəs kitablarda Ərəbistan rəmzi – «Şərq ölkəsi» (Библия, Bıt. 25:6), əhalisi isə «şərqin əhalisi» (Библия, Sud. 6:3, 7:12) kimi qeyd olunur. Qədim Misir mətnlərində Şərq «Allahın ölkəsi» sayılır, çünki, «Günəş şərqdə öz gənc şanı ilə qalxırdı». Qurana görə Allah, günəşin qalxdığı bu yerdə yaşayan xüsusi seçilmişlər nəsli ilə öz arasında pərdə yaratmamışdır, yəni Allahin sirrini məhz onlar bilmişlər (Quran, 18:90, 18:84). Lakin, tarixçi İ. Dyakonovun yazdığına görə, hələ e. ə. VIII əsrə aid Assur yazılarında Midiya ərazisində, yəni Azərbaycanın cənub bölgəsində «şərqin ərəbləri» ölkəsi mövcud olmuşdur (И. Дьяконов, «История Мидии», M.1956, səh.219, 220).
Yunan mifologiyasında “Ereb” rəmzi xaos mənasında göydə yaradılmış el fikrini ifadə edir. “Şərq” rəmzi də, dahi azərbaycan filosofu Şihabəddin Yəhya Sühravərdinin «Şərq» fəlsəfəsində göyləri və göydəki dünyanı bildirir. Görkəmli etnoqraf Q. Qeybullayev isə «şərq» rəmzinin bilavasitə Albaniya ilə bağlı olduğunu yazır. Əgər C. Frezerin, Silvi şahlarının banisinin öləndən sonra Allaha çevrilməsini və Alban dağlarındakı şəhərin üstündə qərar tutmusı faktını nəzərə alsaq, razılaşarıq ki, qədim mənbələrdəki Ərəbistan rəmzi məhz Azərbaycanın Alban dağlarında yaradılmış ruhlar dünyası mənasındadır.
Təbəri qeyd edir ki, ərəb geneoloqlarına görə indiki ərəblər əsl ərəblər deyil. Əsil ərəblər cədis, ad, samud və s. tayfalarıdır ki, İslama qədər köçüb getmişlər (Təbəri I, s. 215). Cədis tayfasının Kadus olduğunu nəzərə alsaq, başa düşərik ki, əsl ərəblər hələ e. ə. VIII əsrdə Azərbaycan ərazisindəki Midiyada yaşamış və bu gün pir, bəg, seyid, şıx və s. adlandırılan Azəri tayfalardır. Tarixçi B. A. Turayev də xüsusi qeyd edir ki, marlar ölkəsi olan Kadeş, yəni Kadus – Aziru (Azəri) şahlığıdır. Qədim Misir yazılarına görə də İran dağlarında yerləşən məhz bu Oziri/Azəri eli (Osiris) Allahların vətəni sayılmışdır.
Əhdi-Ətiqdəki Yezekiil peyğəmbərin kitabına görə Misir ölkəsi Assur ölkəsi ilə eynidir və dünya ağacı timsalında Allahın ilkin materiyadaki, yəni göydəki eli mənasındadır (Библия, Езек.31:3,4,7). Məşhur tədqiqatçı D. Rola görə Misir rəmzi M-Əsər, yəni “Əsərdən doğulmuş” (Osiris/Oziri) mənasındadır ki, bu da Misir, Aşşur/Assur/Assuriya (Azəriyyə) rəmzlərinin bilavasitə Usir/Osiris/Azər elinə aid edilməsi deməkdir. Belə çıxır ki, qədim mənbələrdəki Ərəbistan, Misir, Assur və s. rəmzləri göydə yaradılmış ruhlar dünyasına aiddir.
Şərq, qədim Misir yazılarına görə böyük Allahların, əsasən də Geliopolun (Gel şəhərinin) baş Allahı Ra – Xaraktinin, yəni Ər Qorqudun (Xorxut) sevdiyi yer olmuşdur. Lakin Gel eli eyni zamanda Məhəmməd peyğəmbərin və imam Əlinin də evidir. Buxarinin hədisinə görə Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Əlinin qardaşı Akilə [KL], yəni Gelə [GL] çatmış evdir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə bağlıdır. “Məhəmməd” rəmzi sufilikdə “Midiya maqı” fikrini ifadə edir ki, bu rəmz həm “dünya”nı yaradana, həm axirətdə gələn Mehdiyə aid edilməlidir. Deməli, həqiqətən də Ərəb ölkəsi deyəndə, indi özlərini pir, şıx, seyid və s. adlandıran Azəri türklərinin ölkəsi başa düşülməlidir. Ərəb rəmzinin mənbələrdə “arap” [RP] kimi yazılışı isə onu göstərir ki, bu rəmz məhz “pir” [PR] , yəni Misir fironlarının nəslinə aid edilməlidir. Çünki qədim Misirdə müqəddəslər nəsli pir (pirao) adlandırılırdı ki, bu rəmz indi də Azəri müqəddəslərinə aid edilir.
Strabona görə qədim dövrdən Gel şəhərində, yəni Geliopolda fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər yaşamışlar (М. А. Коростовцев, «Религия древнего Египта, М., 1976, səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib edilmişdir. Əflatuna görə də dövləti xoşbəxtliyə yalnız Gel filosofları çatdira bilər. Əgər nəzərə alsaq ki, Qurana görə də Allah, məhz bu filosoflar nəsli ilə öz arasında pərdə yaratmamışdır, razılaşarıq ki, İslam müqəddəsləri də məhz bu nəslin nümayəndələridir.
Tarixçisi M. Xorenatsiyə görə Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlanmağa başlayır. Yerusəlim rəmzinin mənbələrdə Səlim kimi yazılışı, bu rəmzin isə eyni zamanda Mədinət əs-Salam rəmzi ilə eyniliyi onu göstərir ki, sasanilərin əl-Mədain adlandırdıqları Midiya şəhəri elə Məhəmməd peyğəmbərin Mədinə şəhəridir. Mənbələrə görə, Midiyanın Gel şəhərinə gələn Gelam (Kəlim-Ullah) bura Gelarküni adını verir və məhz burada doğulmuş sak (İsağ) nəslindən olan kiməsə Alban torpaqları əbədi verilmişdir.
Tarixçisi M. Xorenatsiyə görə Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlanmağa başlayır. Yerusəlim rəmzinin mənbələrdə Səlim kimi yazılışı, bu rəmzin isə eyni zamanda Mədinət əs-Salam rəmzi ilə eyniliyi onu göstərir ki, sasanilərin əl-Mədain adlandırdıqları Midiya şəhəri elə Məhəmməd peyğəmbərin Mədinə şəhəridir. Mənbələrə görə, Midiyanın Gel şəhərinə gələn Gelam (Kəlim-Ullah) bura Gelarküni adını verir və məhz burada doğulmuş sak (İsağ) nəslindən olan kiməsə Alban torpaqları əbədi verilmişdir.
Gelarküni adındakı “Kün” rəmzi Qurandakı “Ol!” əmri ilə bağlıdır. Məlumdur ki, Allahın “Kün!” əmrindən (Əmir/Mir rəmzləri) Adəm və İsa peyğəmbər yaranmışlar. Gelarküni rəmzinin mənbələrdə eyni zamanda Qarni [QRN] adlandırılması o deməkdir kı, Quran/Qərəə [QRN] rəmzi də, yəni Qor Allahı da bilavasitə Gel eli ilə bağlıdır. Əgər nəzərə alsaq ki, Kiçik Asiyada Kibelanın, Attisin böyük yaz bayramı, yəni ölüb-dirilən Attis, Adonis,Tammuz, Kibela və s. Allahların bayramı Gilar bayramı adlanırdı, onda razılaşarıq ki, Hüseynin mərasimi bilavasitə burada yaşayan Əli nəslinin mərasimidir. Bu ölüm isə, sözlə ilkin materiyanı idarə etmək qüdrətində olan bu bəglərin sözünün qüdrətinin itməsi mənasındadır. Başqa sözlə, bu - pir, seyid və s. adlandırdığımız Azəri müqəddəslərinin cəddlərinin (İlahi nur) gücünün yoxa çıxması mənasındadır.
Azərbaycanın cənub bölgəsinin seyidləri indi də açıq iddia edirlər ki, biz adi insanlar deyilik, çünki biz Allahın nurundan yaranmışıq. Deməli, Aşura - adi insanın ölümü ilə yox, Allah tərəfindən Azəri müqəddəslərinə verilmiş ilahi nurun yox olması ilə bağlı keçirilən mərasimdır.
Sufiliyin ən ali məqamı olan Bəqa (Allahla vəhdət səviyyəsi - Bəg/Boq/Baqa) səviyyəsinə yüksəlmiş Gel bəglərinin şəhəri qədim Misir mənbələrində Biqqe adlanır ki, ərəb mənbələrində bu şəhər Bəkkə adlanır. Qurana və qədim Misir yazılarına görə Biqqe/Bəkkə evi dünyada ilk inşa olunmuş evdir (Quran, 3:97,98). Bəkkə rəmzi məbələrdə eyni zamanda Məkkə və ya Mükərrəm adlanır ki, bu rəmz də sufilikdə Maq-İrəm kimi açıqlanır. İrəm rəmzi Quranda, tayı-bərabəri olmayan “sütunlar şəhəri” kimi qeyd olunur (Quran, 89:7). Qədim mənbələrdə “sütun” rəmzi Herakla aid edilir ki, o məhz Gel elində ilan rəmzli ilkin materiya ilə “izdivac”da olmuşdur və bundan əjdahalar nəsli yaranmışdır.
Sanadan olan məcnun şair Əbdül Həzrətin “Nekronomikonun sirri” (“Əl-Əzif”) kitabına görə sütunlar şəhəri olan İrəm Zat əl-İmad (Midiya) şəhəri Böyük boşluqda, yəni göydə tikilmişdir. Rəvayətə görə, İrəm Zat ə-İmad şəhərini cinlər Ad oğlu Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən tikmişlər. Lakin mənbələrə görə dünyada cinlərin tikdiyi yeganə şəhər Süleyman peyğəmbərin tikdiyi Yerusəlim (Qüds) şəhəridir ki, onun də digər adı qeyd etdiyimiz kimi Gel şəhəridir. Qüds rəmzinin Kadus rəmzindən yaranmasını, kadus rəmzinin isə mənbələrdə yalnız Gel nəslinə aid edilməsini nəzərə alsaq razılaşarıq ki, Allahın göydə yaratdığı ruhlar dünyası məhz Gel dağlarının üstündə yaradılmışdır.
Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Aşura mərasimi dedikdə, qədim Misirin Oziri (Azər) Allahının ölüb-dirilməsi mərasimi başa düşülməlidir. Bilavasitə axirətə aid olan bu mərasimlərin yaşı isə 5500 ildir və bilavasitə Azər Allahının eli olan Azərbaycanla bağlıdır.
Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Aşura mərasimi dedikdə, qədim Misirin Oziri (Azər) Allahının ölüb-dirilməsi mərasimi başa düşülməlidir. Bilavasitə axirətə aid olan bu mərasimlərin yaşı isə 5500 ildir və bilavasitə Azər Allahının eli olan Azərbaycanla bağlıdır.
Bu gün Aşura mərasimində keçirilən sinəvurma, zəncirdöymə və s. hərəkətləri arzuolunmaz hərəkət hesab edilir ki, bu da əcdadlarımızın ruhuna və Allaha hörmətsizlik deməkdir. Müasir din xadimləri bilmirlər ki, Allah real varlıqdır və hər şeyi görür. Lakin O, Lövhi-Məhvuzda əvvəcədən qeyd etdiyi zamanın yetişmədiyi üçün müdaxilə etmir. Vaxt yetişəndə, Allahın qanunlarına müdaxilə edən hər kəsi O, üç-dörd arxadönəninə qədər cəzalandıracaq (Библия, Исх.20:5). Heç kəsin buna şübhəsi olmamalıdır.
Bütün bunlar haqqında daha geniş məlumat, minlərlə təkzibolunmaz faktlarla yazılmış «Batini-Quran» kitabında verilmişdir.
Bütün bunlar haqqında daha geniş məlumat, minlərlə təkzibolunmaz faktlarla yazılmış «Batini-Quran» kitabında verilmişdir.
Firudin Gilar Bəg firudin@gilarbeg.com, gilar@box.az
Комментариев нет:
Отправить комментарий