QIFILBƏND
Bir hikmət var əzəl gündən danışar
Xeyirindən, zərərindən bəşər hey.
Qış gəldimi bəzi yerdə ölüdü
Bəzi yerdə ayaqüstə yaşar hey.
Gah aşiqdi, əyilibdi, qəmdədi
Gah uşaqdı çardaqdadı damdadı
Gah aşıqdı barmaqları simdədi
Heç götürməz, elə nəğmə qoşar hey.
İnsandımı onun da üç irqi var
Zəncisi var, hindusu var, ağı var
Cinsi nədir-məməsi var, bığı var
Onun halın görən aşiq çaşar hey.
Kimsə bilməz nə hikmətdi nə sirdi
Əlli yerdən bağlanıbdı, əsirdi
Şəriətin düşmənidi, kafirdi
Babək kimi qol yanına düşər hey.
Baş əyməz ki sultanına xanına
Axır qıyar hamısının canına
Zəli etdi Bəxtiyarı qanına
Ol səbəbdən təbi aşıb-daşar hey
Sən məni vecinə alarsanmı ki
Neçəsi başına dolanmaqdadı
Sənin sürülərin su bulandırır
Mənimsə ürəyim bulanmaqdadı
Sənin gözün qızıb, qıp-qırmızıdır
Mənim gözlərimə ağ damır ancaq
Qəhətə çıxıbdı yağ bizim evdə
Sənin yanağından yağ damır ancaq
Sən cinin, şeytanın dilin bilirsən
Mənim cındırımdan amma cin ürkər
Sən şirə çəkirsən şirəli yerdən
Mənə sistem asıb şirə verirlər
Heç kimin içini görə bilməzsən
Xalqın dərisini soy axşam-səhər
Adın tarixçidi-amma tarixdə
Qalmazsan Romanın qazları qədər
Məni buraxmazsan kabinetinə
Mən kiməm gözündə-dünənki uşaq
Sənin qoltuğunun altında qarpız
Mənim qoltuğumda termometrə bax
...Sən məni vecinə alarsanmı ki
Neçəsi başına dolanmaqdadı
Sənin sürülərin su bulandırır
Mənimsə ürəyim bulanmaqdadı.
Niyə görünmürsən ay alagözlüm
Kədərin olmuşam qəmin olmuşam
Eviniz məscidin böyründə olsa
Xalx elə bilərdi mömin olmuşam
Sənin həsrətindən mənim həyatım
Əriməklə keçir başdan ayağa
Buztək əriyirəm ayaqdan başa
Şamtək əriyirəm başdan ayağa
Ürək oxunmur ki tor gələn gözdən
Çatmaz ürəyimin harayı sənə
Sənə yaxşı təsir bağıçlasam da
Bağışlayammadım ürəyi sənə
Комментариев нет:
Отправить комментарий