27.02.2012

Şirzad Balabanda

Əziz qardaşım, balaban ustası, respublikanın əməkdar artisti Şirzad Fətəliyevə həsr edirəm

Dünya qəminə qəm nə gərəkdir qəmi ümman
Bir qəm də gəlir qəmlərə ahı Balabanda

Cəm etmə bütün səsləri, bir dəm, o da çoxdur
Şur səslənir Allah, yenə Şirzad, Balabanda

İnsan nəfəsində bu qədər möcüzə varmış?
Şükri kərəmin sahibi vermiş bu adamda

Duyduqca səsin sandım o günlər geri dönmüş
Sabir hələ sağdır qonağam mən o zamanda


Seyyid yenə gəlmiş yeni həcviylə cibində
Asiyə cavab verdi, Qulam yandı dükanda

Səslən Balabanla sənə qurban canım olsun
Ən xoş anımi sən mənə bəxş et bu cahanda

Cənnət şərabı daddım həmən xoş nəfəsinlə
Hurilərə mehman apar oldunsa sükanda

Şənin qədəri söz gücü yetmir, yetə bilməz
Layiqli ifanla, cəmi hamsı Balabanda

Məddahlıq edib şahlara tərifləri yazmam
Dünyam Balaban Sənsə şahımsan öz ifanda

İnkir ilə minkir Laçına min sual etsə
Bir tək cavabı Şirzad ifası Balabanda
 Laçın Məmişov

Комментариев нет:

Отправить комментарий