28.02.2012

Ayrılmaq istəyirəm

 Pərviz Sadıqov


Səni düşünmək üçün doğulmuşam?
İstəmirəm sənli düşüncəni...
Sanki düşüncəmdə boğulmuşam
İstəmirəm sənli işgəncəni
Ayrılmaq istəyirəm...

Küçələr soyuq, kimsəsizdir
Sənsizlik daha əzizdir


Qandalını aç əlimdən
Düş bu an dilimdən...
İstəmirəm sənlə keçən gecəni..
Ayrılmaq istəyirəm...

Toxunduqca tükənirəm
İçimdə səssiz zırıltı
Özümdən də iyrənirəm
Səndən gələndə inilti.
Əllərin əlimdə soyumasın
İstəmirəm ani ehtiras...
Ayaqlarım yerə toxunmasın...
Ən hündür yerdən məni as
Ayrılmaq istəyirəm

Yada salma keçənləri
Biz keçmişdə qovuşmuşuq
Axtarma heç itənləri
İtirərək yovuşmuşuq
Sənliyini, mənliyini
Hətta o boz köynəyimi
Cırıq cırıq edib sevişmişik...
Amma...
keçmişdə qovuşmuşuq.
İndi isə...
Qandalını aç əlimdən
Düş dilimdən,
Çıx beynimdən.
Səni itirmək istəyirəm
Mən...
Mən ayrılmaq istəyirəm...

Комментариев нет:

Отправить комментарий